Made in Azerbaijan

"Made in Azerbaijan"Azərbaycan Respublikasında dövlət səviyyəsində qəbul edilmiş rəsmi brend.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi bu tədbirlərdən ibarətdir[1]:

  1. beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak etmək;
  2. beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak etmək;
  3. dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə "Made in Azerbaijan" brendini təşviq etmək;
  4. xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (ing. duty free) mağazalarında "Made in Azerbaijan" rəflərini təşkil etmək;
  5. xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində "Made in Azerbaijan" brendini təbliğ etmək.

"Made in Azerbaijan" brendinin dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.