Madjonq

Çin madjonqunun oyun prosesi

Madjonq (həmçinin Madzyan 麻將) - ənənəvi qədim Çin azart oyunu. Oyun fişkalarından istifadə etməklə 4 nəfərin iştirakı ilə Çin, Yaponiya və digər ŞərqiCənub-Şərqi Asiya ölkələrində geniş yayılmışdır. Bu oyunun daşları domino daşlarını xatırladır. Poker oyununda olduğu kimi, təcrübə, yaddaş və müşahidə kimi keyfiyyətləri oyunçudan tələb edir. Oyunun məqsədi- çox böyük miqdarda xal yığmaqdır.

İlk əvvəl oyun “ma çyue” adlanırdı, hərfi tərcümədə “şərçə” deməkdir. Bu ad hələ də bir sıra Cənubi Çin dialektlərində işlədilir.

Madjonqun yaranması haqqında miflər

[redaktə | mənbəni redaktə et]

Madjonqun mənşəyi haqqında miflərdən birinə görə, məşhur çin filosofu Konfutsi təxminən e.ə. 500-ci ildə bu oyunu ixtira etmişdir. Bu mifə əsasən, bu oyunun yaranması Konfutsinin Çinin müxtəlif yerlərinə öz təlimini yaymaq məqsədilə yollandığı səyahəti ilə bağlıdır. Oyun fişkaları 3 Əjdaha adlanır. Bunlar 3 səxavətlə bağlıdır. Qırmızı Əjdaha - mülayimlik və sadəliyi, Yaşıl Əjdaha - çiçəklənməni, Ağ Əjdaha -valideynlərə qarşı səmimiliyi bildirir. Bu mifdə oyunun adı olan Madjonq yaranır. Bu adın hərfi tərcüməsi “sərçə” deməkdir, buna səbəb isə Konfutsinin quşları çox sevməsi olub.

Digər bir əfsanəyə görə, çox uzaq keçmişdə Çze adlı balıqçı balıqçı dostlarını dəniz xəstəliyindən uzaqlaşdırmaq üçün bu oyunu yaratmışdır. (dəniz xəstəliyi balıqçılara açıq dənizdə balıq ovu etməsinə mane olurdu)

Daha bir mifə görə isə, madjonq Ümumdünya Su daşqını zamanı Nuhun gəmisində oynanılmışdır. Oyunda şərq üslubunun üstünlüyünün səbəbi kimi, basqın zamanı güclü şərq küləyinin əsməsi göstərilmişdir.

Oyunun peyda olması

[redaktə | mənbəni redaktə et]

Çoxlu sayda miflərin olmasına baxmayaraq, madjonq əslində çox cavan oyundur. Oyun Xançjou, Nankin , Şanxay və Ninbo şəhərləri ətrafında peyda olmuşdur.

Oyunun yaradılması haqda fərziyyələrdən birində, bu oyunu Taypin üsyanı zamanı Çin ordusunda xidmət edən zabitlərin yaratması göstərilir. Digər bir versiyada isə oyunun 1870-1875-ci illərdə Şanxay ətrafından yaşayan bir zadəgan tərəfindən yaradıldığı fərz edilir.[1]

  1. "Mahjong Qərb stil". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-29.