Madre de Dos çayı

Madre de Dos (isp. Río Madre de Dios) — PeruBoliviya ərazisindən axan çay. Amazon hövzəsinə aiddir. Uzunluğu 1060 km təkil edir. Öz başlanğıcını And dağlarından götürür və Boliviya ərazisində Beni çayına tökülür. O isə öz növbəsində Madeyra çayının bir qoludur. Çay Amazonun əsas arteriyalarından biridir. Puerto-Maldonado şəhərinin cənubunda liman yerləşir. Hövzəsində kənd təsərrüfatı inkişaf etmişdir. Əsasən manqo yetişdirilir. Ağac tədarükü və qızıl hasilatı həyata keçirilir. Bu isə ekoloji problemlər yaradır. Çay boyunca bir necə milli park və qoruq vardır.

Madre de Dos çayı
isp. Madre de Dios
Ölkələr
Mənsəbi Amazon çayı
 • Yüksəkliyi 119 m
Uzunluğu 1060 km
Su sərfi 4,915 m³/s
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 350000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar