Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı.
Madura boğazı | |
---|---|
ind. Selat Madura | |
| |
Ümumi məlumatlar | |
Eni | minimum 4,9 km |
Uzunluğu | 60-70 km |
Yerləşməsi | |
7°06′55″ c. e. 112°39′33″ ş. u. | |
Ölkə | İndoneziya |
Akvatoriyası |
|
Ayırır | Madura adasını Yava adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur).
Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həmdə onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır. Bunlardan 26-sı balıq növüdür. Ekoloji vəziyyət nisbətən gərgindir. Səbəb isə Brantas çayı sahilində fəaliyyət göstərən müəssisələrdir.
Burada nəqliyyat aktivdir ancaq dərinliyinin 10 m təşil etməsi iri tonnajlı gəmilərin üzməsinə mane olur. Boğaz üzərində 2009-cu ildə Suramadu körpüsü tikilmişdir. Körpünün uzunluğu 5438 m təşkil edir. Boğazdan gəmilərin fəal üzməsini təmin etmək məqsədilə körpünün hündürlüyü 35 m götürülmüşdür.