Mahirə Əliyeva

Mahirə Əliyeva — (d.16 sentyabr 1936, Qubadlı rayonu, Azərbaycan SSR) Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professoru.[1]

Mahirə Xasay qızı Əliyeva
Doğum tarixi
Doğum yeri Qubadlı rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi fizika elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Neft Akademiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyeva Mahirə Xasay qızı 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonun Qubadlı  qəsəbəsində  ziyalı  ailəsində  anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini başa vuraraq həmin ildən Azərbaycan EA-nın Fizika İnstitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı prosesslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur.

Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Onun  elmi  məqalələri Amerika,  İngiltərə,  Fransa,  Yaponiya  və  digər  ölkələrdə dövrü mətbuatda çap edilmişdir. Alim bir çox beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.