Mahir Ağaxan oğlu Hüseynov (11 aprel 1968, Əmircan, Bakı, Azərbaycan SSR — 10 yanvar 1994, Horadiz, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, I Qarabağ müharibəsinin şəhidi.
Mahir Hüseynov | |
---|---|
Mahir Ağaxan oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Horadiz, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Əmircan, Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993–1994 |
Rütbəsi | Çavuş |
Təltifləri |
Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ildə 114 nömrəli orta məktəbi bitirib. 1986–1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rabitəçi peşəsinə yiyələnib. 1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb.Helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü ilin yanvarın 10-da Horadiz ətrafında gedən döyüşlər zamanı şəhid olub.