Mahmud Abdulla oğlu Abdullayev (30 iyun 1941, Kirovabad – 6 iyul 2023, Bakı) — Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]
Mahmud Abdullayev | |
---|---|
Abdullayev Mahmud Abdulla oğlu | |
Doğum tarixi | 30 iyun 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 2023 (82 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | Torpaqşünaslıq |
Elmi dərəcəsi | Kənd təsərrüfatı elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili |
Mahmud Abdullayev 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasına işə daxil olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır.
1964-cü ildə AzET Əkinçilik İnstitutunda aspiranturaya daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir. 1967-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin AzET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində 1971-ci ilə qədər çalışmışdır.
İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildən AzET Əkinçilik İnstitutunda böyük elmi işçi, sonra qrup rəhbəri və nəhayət, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra elmi tədqiqat işlərini davam etdirərək 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqro-kimya İnstitutunda Torpaqşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır.
M. Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır. Elə o dövrdən M. A. Abdullayev AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və AzET Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq Dissertasiya Müdafiə Şurasının üzvü olmuşdur. O, 2007-ci ilin aprelində "Torpaqşünaslıq" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə müsabiqə yolu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasına müdir vəzifəsinə seçilmişdir. Azərbaycanda torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində xidmətlərinə görə AMEA RH-nin Fəxri Fərmanı ilə təltif olunub.
M. Abdullayev 2012-ci ildə AMEA-nın yeni yaranmış Aqrar Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsinə seçilmişdir. M. Abdullayev 57 elmi əsərin müəllifidir və xaricdə 26 məqaləsi nəşr olunmuşdur. Alimin 3 monoqrafiyası Moskvada və Bakıda nəşr olunmuşdur.
M. A. Abdullayevin elmi fəaliyyəti torpaq ehtiyatlarının öyrənilməsinin çox sahələrini əhatə edir. Belə ki, o süni və təbii radionuklidlərin Azərbaycanın torpaq-bitki sistemində yayılması və miqrasiyasına dair elmi-tədqiqat işləri aparmışdır. Mineral gübrələri müxtəlif normalarda tətbiq edərək, məhsuldarlığın artması ilə yanaşı, məhsulda süni və təbii radionuklidlərin toplanmasının xeyli miqdarda azalmasına nail olmuşdur. Onun tərəfindən stronsium-90 və sezium-137 radionuklidlərinin Azərbaycan torpaqlarında yayılmasını göstərən xəritələr tərtib edilmiş və onlar Azərbaycanın Ekoloji Atlasına daxil edilmişdir (Bax: Ekoloji Atlas, 2010).
Bakı Dövlət və Azərbaycan (Gəncə) Aqrar Universitetlərində bakalavr və magistr səviyyələrində Dövlət imtahanlarının və Diplom müdafiələrinin təşkili və keçirilməsi üzrə fəaliyyət səmərəli fəaliyyət göstərir
1. Stronsium-90 və sezium-137 Azərbaycanın torpaq-bitki örtüyündə. "Nauka" nəş., 1983. 101c.
2. Azərbaycan SSR-nin torpaq-bitki örtüyündə 90 Sr və 137 Cs radionuklidlərinin miqrasiyasının ümumi qanunauyğunluqları. Moskva, 1988. 28 s.
3. Süni və təbii radionuklidlər Azərbaycanın torpaq-bitki örtüyündə. Moskva, "Aqrarnaya nauka" nəş., 1996. 159 °C.
4. Longliving natural radionuclides in soil plants of the Azerbaijan SSR. Akademiai Kiado, Budapesht, 1987, vol. 2.