Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası – 1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954).
Mahmud Məmmədov | |
---|---|
28 yanvar 1958 – 4 fevral 1960 | |
Sədr | Sadıq Rəhimov Vəli Axundov |
Əvvəlki | İlyas Abdullayev |
Sonrakı | Rza Sadıqov |
1954 – 1955 | |
Nazir | Həsən Seyidov |
1950 – sentyabr 1954 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Abuzər Əliyev |
1943 – 1950 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | sentyabr 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1964 |
Partiya |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
|
|
Təltifləri |
Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir.[1]
Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır.[1] Texnika elmləri namizədi elmi dərəcəsini almışdır.[2]
1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır.[1]
1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.[3]
Mahmud Məmmədov 1921-ci ildən Lenin komsomolu, 1942-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[1] Dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin, beşinci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Mahmud Məmmədov 1964-cü ildə vəfat etmişdir.[2]