Mail Yaqub

Mail Yaqub — Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru.

Mail Yaqub
Doğum tarixi (44 yaş)
Doğum yeri Cəlilabad rayonu
Azərbaycan Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Fəlsəfə

Həyatı[redaktə | mənbəni redaktə et]

10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. "Din fəlsəfəsi", 2009
  2. "Metafizika düşüncələri", 2012

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Facebook ünvanı: Mail Yaqub