Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir.
Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır.
Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər. Kumulyativ effekt ehtiva edən döyüş başlıqları zirehləri çox əyri bir bucaqla vurduqda nüfuz edə bilməz yəni dələ bilməz və hətta partlaya bilməzlər.
Tankların ön gövdə zireh lövhələrində ən kəskin bucaqlar görünür, çünki vuruşa uğramaq ehtimalı ən çox olan bölgə gövdə tərəfidir və bir vasitənin uzununa istiqamətdə maililik vermək üçün daha çox yer vardır.