Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı)
Maisə Rəhimova | |
---|---|
Maisə Nurbala qızı Rəhimova | |
Doğum tarixi | 16 may 1945 (79 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2010-cu ildə Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi Şurasının sədri, Tarix üzrə Problem Şurasının sədr müavini olmuşdur.
"Arxeologiya və Etnoqrafiya" dövrü jurnalının, 6 cildlik "Azərbaycan Arxeologiyası"nın baş redaktoru, AMEA-nın Xəbərlər məcmuəsinin, "Elm və həyat", "Azərbaycan arxeologiyası" jurnalının redaksiya heyətinin üzvüdür. ABŞ, Rumıniya, Türkiyə, Almaniya, Pakistan, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.