Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mais Əlihəsən oğlu Şahgəldiyev (19 may 1935, Nuxa – 4 mart 1993, Bakı) — kimyaçı alim, professor, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq elmi katib və laboratoriya müdiri.
Mais Şahgəldiyev | |
---|---|
Mais Əlihəsən oğlu Şahgəldiyev | |
Doğum tarixi | 19 may 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 1993 (57 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | üzvi kimya, neft kimyası |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Mais ƏliHəsən oglu Şahgəldiyev 1935-ci il mayın 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli tarixçi və jurnalist, prof. Əli-Həsən Əbdül-Həsən oğlu Şahgəldiyev (1908 – 1961), Böyük Vətən Müharibə illərində Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş. Sülh dövründə Bakı Dövlət Universitetində jurnalistika kafedrasının təsisçisi və daimi rəhbəri olmuş, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialı) direktoru idi. Ana, Savilova Valentina Alekseyevna(1915 – 1988), jurnalsit. 1953-cü ildə 6 saylı məktəbi bitirmişdir. Həmin ildə Moskva şəhərində Kimyəvi Gorunma Hərbi Akakdemiyasına gəbul olunmuşdur. 1956-cı ildə akademiyada yenidən təşkil olunma ilə əlagədər hərbi gulluğa göndərilmiş və həmin ildə hərbdən tərxas olunmuşdur. Həmin illərdə bakirə torpaqların mənimsənilməsində iştirak etmişdir. O, "RFSR Kənd Təsərrüfatında Sosialist Müsabiqəsinin Əlaçısı" fəhri nizamnamə və döş nişanı ilə təltif edilib, eyni zamanda suda batanları xilas etdiyinə görə fəhri nizamnamə və xatirə hədiyyələri ilə təltif edilmişdir.. M. Ə. Şahgəldiyev 1956–60-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi olmuşdur. İdmanla aktiv şəkildə məşğul olurdu. SSRİ beşnövçülük üzrə idman ustası, Azərbaycan SSR gənclər arasında beşnövçülük üzrə çempionatında çempionu olunmuşdur. 1959–62-ci illərdə Azərbaycan Elmlər Akdemiyası(EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) texnik və kiçik elmi iççi vəzifələrində çalışmışdır.1962–63-cü illər SSSR-i EA Element-Üzvi Birləşmələr İnstitutunun aspirantı olmuş və ailə ailə vəziyyəti ilə ələqədər Bakıya qayıtmışdır. 1963–65-ci illərdə NKPİ -də baş mühəndis vəzifəsində çalışmışdır. 1965-ci ildə yeni yaradılmış Azərbaycan EA Aşqərlsr Kimyası İnsitutuna keçmiş və orada 1965–1970-ci illərdə baş mühəndis və laboratoriya müdiri işlənmişdir. Bu illər ərzində o, ailə həyatı qurub. Həyat yoldaşı Şahgəldiyeva Tamilla Həmid qızı (1940 – 1986), tarixçi, Kirov muzeyinin direktoru. Evlilikdə iki qız övladı dünyaya gəlib — Leyla və Ceyran Şahgəldiyevalar. M. Ə. Şahgəldiyev 1993-cü il martın 4-də qəflətən vəfat edilmişdir.
1971–86-cı illərdə AKİ-də "Antimikrob aşqarların sintezi" laboratoriyasının müdiri, 1990–1993-cü illərdə institutunun elmi katibi və "Qoruyucu Aşqarlar laboraotiyasının müdiri olmuşdur. 1986 – 1987-ci illərdə Bədən Tərbiyası İnsitutunda "Kimya" kafedrasının müdiri olmuş və biokimyadan mühazirələr oxumuşdur.
M. Ə. Şahgəldiyev 1979-cu ildə "Tsikloalkil-, halloidaalkil-aromatik birləşmələrin sintezinin qanunauyğunları və onların kimi tədqiqi" mövzusunda namizədlik, 1991-ci ildə "Oksaza- və diazatsiklanlaırn heterometilləşməsi" mövzusunda doktorluq dissertasiya işinimüdafiə etmiş və həmin ildə "Üzvi kimya" ixtisasları üzrə professor alına layıq görulmuşdür. M. Ə. Şahgəldiyev üzvi kimya və neft-kimyasına dair elmi tədqiqatlar aparmışdır. Onun əsas elmi istiqaməti aromatik karbohidroksillərin alkilləşməsi və aparılan sistematik elmi işlərin nəticəsində bir sıra qanunuyğunlaırn aşqaredilməsindən ibarətdirXüsusilə, elementüzvi birləşmələrin sintezi və onların funksionalxassələrisahəsindəkikərdüyü işlərin çox mühüm nəzəri və təcrubi əhəmiyyəti vardır. M. Ə. Şahgəldiyev tərəfindən kəşf olunan 1.2 (1.3.)-aminalkanolların və ya 1.2. (1.3)- alkilendiaminlərin formaldehid və mütəhərrik hidrogenə malik birləşmələrlə Üç komponentli kondensləşmə-heterotsikəşmə" reaksiyası əvvələrdə məlum olmayan N-heterometilləşmiş 1.3.-oksaza- və ya 1.3.-diazatsiklanların istigamətlənmiş sintez üsuludur. Professor M. Ə. Şahgəldiyev neft məhsulların bioloji zələlənmədən qorunması məqsədilə aşqarların sintezi və onun tədqiqi sahəsində geniş elmi-tədqiqat işlərinə rəhbərlik edən alim idi. Heç təsadufi deyildir ki, onun rəhbərlik etdiyi laboratoriya keçmiş SSRi -də bu sahədə aparılan elmi-tədqiqat işlərinin aparıgı müəssisəsi təyin edilmişdir. Onun rəhbərliyi ilə hazırlanan "azin" və "Ukasid" çeşidli antimikrob aşqarları öz səmərələriyinə, antimikrob təsir spektrinə və santiar – gigiyena xüsusiyyətlərinə görəanaloji məqsəd üçün istifadə edilənxarici antimikrob aşqarları geridə qoymuşdur. Bu antimikrob aşqarlarıMDB-nin iri metal emalı müəsisələrində, həmçinin Bakl Məişət Kondisionerləri zavodunda tədbiq edilmişdir. O, həmçinin keçmiş SSRİdə birinci yaradılan İHP – 706 tüstü əlehinə aşqarln müəliflərindən biri idi.
Professor M. Ə. Şahgəldiyev elmi fəaliyyəti 200-dən çox elmi əsərdə, o cumlədən, 45 müəlliflik şahədatnaməsində öz əksini tapmışdır.
Onun rəhbərliyi ilə 10 elmlər namizədi yetişdirmişdir.
Elmin yolunda sərf etdiyi əməyinə görə "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, D. İ. Mendeleylev adına Ümumittifaq Kimya cəmiyyətinin "Birlik" cəmiyyətinin diplomu və tərifnamələrinə layıq götürülmuşdür.