Mais Qasımov

Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor.

Mayis Ələkbər oğlu Qasımov
Mayis Ələkbər oğlu Qasımov
Doğum tarixi 6 iyun 1939(1939-06-06) (85 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Tünzalə Qasımova
Elm sahəsi Biologiya
Elmi dərəcəsi Biologiya elmləri doktoru
Elmi adı Professor
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili
Mükafatları Azərbaycan LKGİ mükafatı — 1974 XTNS qızıl medalı — 1987

Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.

M.Qasımov tərəfindən 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap olunmuş, 20-yə yaxın patent alınmış, 70-dən artıq səmərələşdirici təklif işlənib-hazırlanmış və istehsalatda tətbiqinə nail olunmuşdur. 600-dən artıq elmi-populyar əsəri yazılıb dərc edilmişdir. 2017-ci ildə yüksək maraq kəsb edən "Boyaqçılıq" adlı sonuncu kitabı çapdan çıxmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]