Mais Kazım oğlu Süleymanov - Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2][3]
Mais Süleymanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Fizika |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi |
Mükafatları |
1953-cü il may ayının ikisində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində almışdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Uzun müddət Pakistanın paytaxtı olan İslamabad şəhərində COMSATS İnformasiya Texnologiyaları İnstitutunun Fiziki fakültəsində fəaliyyət göstərmişdir.
1975-ci ildən Moskva vilayətinin Duna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə BNTİ-də fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-2003-cü illərdə Çex Respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda, 2003-2006-cı illərdə isə yenidən BNTİ-də mütəxəssis alim kimi çalışmışdır. O, beynəlxalq nüfüzlu jurnallarda dərc olunmuş 250-dən çox elmi əsərin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5-dən çox mütəxəssis fəlsəfə doktoru alimik dərəcəsinə layiq görülmüşdür.[3]