Make

Make-faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır.

Make
Yaradılma tarixi aprel 1976
Əməliyyat sistemi UNIX

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.