Unix

Unix (ing. Unix) — 1969-cu ildə Ken TompsonDenis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir.

Unix
Loqonun şəkli
İstehsalçı Bell Labs, Ken Tompson, Denis Ritçi, Breyn Kerniqan
Yazılma dili C, Assembler
Buraxılış tarixi 1969
Veb-saytı opengroup.org/unix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı.

Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri MulticsUnicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi.

Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur. UNIX əməliyyat sistemi C dilində yazıldığından və başqa əməliyyat sistemlərinə nisbətən daha köçürüləbilən, yəni maşından daha az asılı olduğundan güclü hesab olunur.

Linux əməliyyat sistemi də Linus Torvalds tərəfindən Unix-dən ilham alınaraq yazılmışdır.

Unix aşağıdakıları özündə birləşdirir:

  • paylanmış verilənlər bazasına müraciət;
  • lokal şəbəkədə işləmək
  • uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal çıxış imkanı. Bu Unix-in ən vacib komponentlərindən biridir.

Hazirda Unix üçün çoxlu sayda tətbiqi proqmlar mövcuddur. MS DOSWindows üçün geniş yayılan bir çox tətbiqi proqramlar Unix–də istifadə oluna bilər.

Unix ailəsində olan bir neçə ƏS mövcuddur. Belə ki, 1982-cı ildə bu proqramin Unix Version 7-nin əsasında birinci ticarət məqsədli UNIX System III yaranmışdı. Bu ailədən olan müxtəlif versiyaların öz adı var. Bunlardan ticarət məqsəli AIX, HP-UX, IRIX, Solaris sestemləri qöstərmək olar. UNIX ƏS-nin fayl sistemi fayılları icazəsiz müraciətdən mühafizəni təmin edir. Hal-hazırda UNIX ailəsindən olan şəbəkə ƏS dən geniş yayılan 32-mərtəbəli çoxisitifadəçili, çoxməsələli UNIX Ware 2.0 sistemidir.

Xarici kecidlər

[redaktə | mənbəni redaktə et]
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.