Maki mağarası

Maki mağarası (yap. 満奇洞) — Yaponiyanın Okayama prefekturasının Niimi şəhərinin şərqində yerləşən mağara.[1] Bu bölgədə yerləşən 3 əhəndaşı mağarasından biridir. Uzunluğu 450 metr təşkil edir, ən uzaq qurtaracağında kiçik yeraltı göl yerləşir.[2][3]

Maki mağarası
yap. 満奇洞
Mağaradan görünüş.
Mağaradan görünüş.
Ümumi məlumatlar
Uzunluğu 450 m
İşıqlandırma var
Yerləşməsi
34°58′18″ şm. e. 133°35′00″ ş. u.
Ölkə  Yaponiya
Əyalət
Şəhər
  • Niimi
Maki mağarası xəritədə
Maki mağarası
Maki mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Maki mağarası qədim mağaradır. Mağaradakı yeraltı kanal kiçik sürətlə axır. Burada əhəndaşı formaları və şəlalər görmək mümkündür. Burada yerləşən obyektlərin maraqlı adları var: "Şeytanın yaşayan otağı", "Niaqara şəlalələri", "Terraslı çəltik zəmiləri". Mağarada çoxlu sayda stalaktit var. Mağaradakı kiçik gölün üzərindən qırmızı rəngli təbii körpü keçir.[4]

Mağarada məşhur yapon fantastika filmi "Yatsuhakamura" çəkilmişdir. "Ki" yapon dilində "nadir" və ya "sirr", "Ma" isə "dolğunluq" deməkdir. Mağaranın adı yapon şairəsi Akiko Yosano ilə bağlıdır. O, buranı "sirlərlə dolu mağara" adlandırmışdır. Mağarada yerləşən Sensui ("Bağ gölü") adlı yerə qəpik atan şəxsin arzularının yerinə yetəcəyi inanılır.[5]

Turizm[redaktə | mənbəni redaktə et]

Mağaraya daxil olmaq üçün nəzərdə tutulmuş açıq bölgəyə ancaq maşın və ya avtobusla çatmaq mümkündür. Girişə gedən yol qısa uçurumda dırmaşmaqdan keçir. 313 Milli Yolu ilə mağaranın girişinə 30 dəqiqəyə çatmaq olar.

Mağaranı saat 8:30-dan saat 17:00-a qədər ziyarət etmək olar. Saat 16:30-da girişlər bağlanılır. Mağaraya giriş haqqı böyüklər və ali məktəb şagirdləri üçün 1000 yendir. Orta məktəb şagirdləri üçün bu məbləğ 800 yen, balaca uşaqlar üçün 500 yendir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Maki-do" (ingilis). Show caves. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
  2. "Ikura-do / Maki-do". Japan National Tourism Organization. 2006-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
  3. "Discover okayama". 2010-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2015.
  4. "Makido Cave" (ingilis). Japan Travel Guide. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
  5. "Used as a location for a popular mystery film" (ingilis). JNTO. 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]