Makmurdo Stansiyası

Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il)[1], qışda isə 150 nəfər (1999 il)[2] təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır[3][4]

Mak-Merdo
ing. McMurdo
Bayraq
Bayraq
77°51′ c. e. 166°40′ ş. u.
Ölkə  Antarktida
Tabesində ABŞ
Tarixi və coğrafiyası
Əsası qoyulub 16 fevral 1956
İlk məlumat 1902
Sahəsi 2,5 km²
Mərkəzin hündürlüyü 24 m
Əhalisi
Əhalisi 1.300 nəfər (2011)
Xəritəni göstər/gizlə
Mak-Merdo xəritədə
Mak-Merdo
Mak-Merdo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mak-Merdo stansiyası

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir. Burada 3 hava limanı, helikopterlərin eniş zolağı və 100-dən çox tikili mövcuddur. Üstəlik stansiyada cənub qütbünə yaxın mədəniyyət tikilisi olan Qar kilsəsi mövcuddur. 1960-72 illərdə materik ərazisində ilk və hələ ki yeganə atom stansiyası fəaliyyət göstərmişdir. Stansiyada yaranan nasazlıq səbəbindən fəaliyyəti dayandırılmış və reaktor San-Dieqoya göndərilmişdir. Stansiyanı yükləyən matroslar və işçilər sonucda ya xərçəng xəstəliyindən əziyyət çəkir ya da ölürdülər[5]. Hazırda atom stansiyasının yerində bürüncdən xatirə lövhəsi yerləşdirilmişdir.

Bir müddət Antarktida tarixində ilk dəfə AFAN-TV adlı televiziya kanalı fəaliyyət göstərirdi.

Son hadisələr

[redaktə | mənbəni redaktə et]

Stansiyanın daimi fəaliyyəti ekoloji çirklənməni artırması və Mak-Merdo — Cənub qütbü şossesi çəkilməsi böyük nararılıqlara səbəb olmuşdur.

Mak-Merdo Antarktida ərazisində yeganə yerdir ki, nümayiş keçirilmişdir. Nümayiş İraq müharibəsi ilə əlaqədar 15 fevral 2005-ci ildə stansiyanın 50 alimi və işçiləri tərəfindən təşkil edilmişdir.

  1. "4.0 Antarctica - Past and Present". 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  2. "Antarktidada həyat". 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  3. "6 ən əlçatmaz yer. Hansı ki, burada insanlar yaşayır". 2012-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.
  4. Zomobo.net/Мак-Мердо
  5. "10News - Navy Vet: Antarctic Mission Gave Sailors Cancer - 10News.com - News". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.