Maksimal külək sahələri

Külək

Külək[redaktə | mənbəni redaktə et]

Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqamətisürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər. Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər.Küləklər rejiminə görə təsnifləşdirilir.[1]

Maksimal külək sahələri[redaktə | mənbəni redaktə et]

Maksimal külək sahələri mərkəzlərinin yerdəyişmə proqnozu şırnaq axınlarınınn səciyyəvi nöqtələrinin yerdəyişməsinin proqnozu kimi tərtib edilir. Güclü küləklər bəzi təhlükəli meteoroloji hadisələrin yaranmasına səbəb olur. Küləklərlə bağlı olan atmosfer hadisələrinə aşağıdakıları qeyd etmək olar: qasırğalar, çovğunlar, toz firtınaları, qum fırtınaları və s. Bütün bu adları sadalanan təhlükəli atmosfer hadisələrinin qabaqcadan xəbər verilməsi və aviasiya uçuşlarına mənfi təsirləri onların proqnoz məsələlərinin daha yaxından tədqiqatını, öyrənilməsini labüd edir.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Külək, Küləyin sürəti

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Külək

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. külək haqqında ümumi məlumat Arxivləşdirilib 2020-10-01 at the Wayback Machine
  2. Həsənəliyev Ə. “Meteorologiya və iqlimşünaslıq” BAKI-2015, 179 səh.