Malıy Nesvetay çayı (rus. Малый Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Bolşoy Nesvetay çayının qoludur. Çayın uzunluğu 48 kilometrdir[1], hövzəsinin sahəsi 356 km²-dir. Yuxarı axarlarda sahillərində Novoşaxtinski şəhəri yerləşir. Çay kifayət qədır lillidir.
Malıy Nesvetay çayı | |
---|---|
rus. Малый Несветай | |
Ölkələr | |
Mənsəbi | Tuzlov çayı |
Uzunluğu | 48 km |
Hövzəsinin sahəsi | 356 km² |
DSR[rus.] | 05010500912107000016185 |
Çay sistemi: Malıy Nesvetay → Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don.
Malıy Nesvetay başlanğıcını Dones vilayətindən götürür. Novoşaxtinski şəhərinin Barrikadskaya küçəsində yerləşir. Mənbəyi dəniz səviyyəsindən 200 metr yüksəklidə yerləşir. Əsasən cənuba doğru axır. Sonradan ona Celmenta çayı sağdan tökülür. Alekseevka kəndi yaxınlığında cənub-qərbə istiqamətlənir. Bolşoy Nesvetay çayının mənsəbinə 18 km qalmış çaya tökülür.
Çay Rostov vilayətinin Oktyabr və Radionovo-Nesverayski rayonlarından axır. Üstəlik Novoşaxtinski şəhər dairəsindən keçir.
Çay kifayət qədər dayazdır. Quraq illərdə çay quruyur.
Malıy Nesvetay öz növbəsində həm də çay deyil iri axar hesab edilir.