Malakka sultanlığı

Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət.[1]

Tarixi dövlət
Malakka sultanlığı

Paytaxt Malakka şəhəri
Rəsmi dilləri
Dövlət dini islam
İdarəetmə forması monarxiya

Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, SumatraYavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar.

1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizmhinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi. Malakkalı tacirlər Hindistan, Çin, Siam və Birma ilə sıx ticarət əlaqələrinə malik idilər.

Sultan torpağın ali sahibkan sayılırdı və bu torpağı hakim təbəqənin üzvlərinə pay şəklində verirdi. Ev təsərrüfatında qullardan istifadə olunurdu. Dövlətin ikinci adamı "bendaxara" adlanırdı və baş nazir, hakim və ordu başçısı funksiyalannı yerinə yetirirdi. Sultanın canişinləri Malakkadan şimaldakı və cənubdakı qəsəbələri nəzarətdə saxlayırdılar, sultanlığın digər əraziləri isə sultandan vassal asılılığında idi.

Malakka sultanlığı 1511-ci ilə qədər mövcud oldu. Bu zaman portuqallar Malakkanı ələ keçirdilər və XVII əsrə qədər Malakka ərazisindən öz ticarət faktoriyası kimi istifadə etdilər. Malakkaya portuqal komendantı (1571-ci ildən qubernator) başçılıq edirdi. Müstəmləkə idarəçiliyi ölkədə yaşayan hər üç etnik icmanın (çin, tamil, yava icmalarının) başçılarına arxalanırdı. Malakkanın portuqallar tərəfindən işğalı, əhalinin zor gücünə xristianlaşdırılması ilə eyni vaxtda baş verirdi.[1]

  1. 1 2 Axundova N. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı: Adiloğlu, 2010, s. 79–80