Yava

Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).

Yava
ind. Jawa, yav. Jawa
Ümumi məlumatlar
Sahəsi 132.846 km²
Uzunluğu
  • 1.062 km
Eni 199 km
Sahil uzunluğu 2.884 km
Hündür nöqtəsi 3676 m
Əhalisi 145.846.946 nəfər (2017-ci il)
Yerləşməsi
7°30′10″ c. e. 111°15′47″ ş. u.
Ölkə  İndoneziya
Əyalətlər
Şəhərlər
Akvatoriya
Yava xəritədə
Yava
Yava
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisinin təqribən 1/3-i dağlıqdır. Şimalda allüvial ovalıqlar və düzənliklər var. Yer kürəsinin ən intensiv vulkanizm rayonlarındandır. Adadakı 136 vulkandan 32-si püskürəndir. Tez-tez zəlzələ olur. Ən yüksək zirvələri: Semeru (3676 m), Slamet (3428 m), Raunq (3332 m). Faydalı qazıntıları: neft, manqan, qızıl, fosforit, kükürd, duz.

İqlimi ekvatorial, mussondur. Orta aylıq temperatur ovalıq və düzən rayonlarda 26 – 27°С, 1500 m yüksəklikdə isə təqribən 18°С-dir. İllik yağıntı ovalıqlarda 1000 mm-dən (şərqdə) 2500 mm-ə (qərbdə) qədər, dağlarda 4000 – 6000 mm və daha çoxdur. Çayları (Solo, Brantas və s.) gəmiçiliyə az yararlıdır, əsasən suvarmada istifadə olunur. Laterit, dağ-meşə qırmızı və allüvial torpaqlar yayılmışdır. Şərqdə savannalarda qara torpaqlar üstünlük təşkil edir. Bitki örtüyü qərbdə rütubətli həmişəyaşıl, şərqdə yarpağı tökülən tropik meşələrdən, nisbətən quraq şimal rayonlarında isə savannalardan ibarətdir. Meşələr ərazisinin 1/4 hissəsini (əsasən dağlarda) tutur. Meşələrdə hibbon, maral, çöldonuzu, qoruqlarda isə təkbuynuzlu kərgədan, bantenq öküzü və sairə var. Tovuz quşu, qırqovul, arqus xarakterdir. Yava İndoneziyanın əsas təsərrüfat rayonlarından biridir. Əkinçilik inkişaf etmişdir. Kauçuk, kinə ağacı qabığı, ədviyyat ixrac edilir. Əsas şəhərləri Cakarta, Bandunq, Surabaya və sairədir.