Malaqa FK (isp. FK Málaga Club de Fútbol — İspaniya futbol klubu. 1904-cü ildə yaradılan klub İspaniya Primera Divizion RFEF liqinde çıxış edir. Oyunlarını 30.044 nəfərlik "Estadio La Rosaleda" stadionunda keçirir. Əndəlüs vilayətinin təmsilçisi olan digər komanda "Qranada" ilə keçirdiyi oyunlar "Əndəlüs dersbisi" adlanır.
Malaqa FK | ||||
---|---|---|---|---|
| ||||
Ölkə | ||||
Rəng(lər) | Mavi, ağ | |||
Yaranma tarixi | 3 aprel 1904 | |||
Stadionu | La Rosaleda | |||
Liqa | Primera Federación | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub, tarixi boyu 32 mövsüm La Liqada, 34 mövsüm Sequnda Divizonda (İspaniya ikinci dəstə), 4 mövsüm Sequnda Divizion B-də, 11 mövsüm Tercera División-da keçirmişdir. Ayrıca 2004-cü ildə 2002-ci ildə UEFA Intertoto Kubokunu qazanaraq klub tarixinin ilk Avropa Kuboku zəfərini əldə etdilər.2003-ci ildə UEFA Avropa Liqasında dörddəbir finala gəlmə müvəffəqiyyətini göstərmişdir. İspaniya La Liqasını 2011-2012-ci il mövsümündə 4-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq haqqı qazanmışdılar. Həmin turnirdə 1/4 (dörddəbir) finala qədər irəliləmiş, həmin mərhələdə Almaniyanın Borussia Dortmund klubuna məğlub olaraq mübarizəni dayandırmışdır.
Malaga Futbol Klubu 3 aprel 1904-ci ildə 3000 nəfərlik bir izdiham qarşısında köhnə bir sahədə ilk matçına çıxdı. 1921-ci ildə Regional Futbol Federasiyası turnirində müvəffəqiyyət göstərərək klub lisenziyasını qeydiyyat etdirmiş oldu. Bir sahil şəhəri komandası olan Malaga bu tarixdən sonra bir sahil bölgəsi olan 'Baños del Carmende nizamlı olaraq turnirlərə qatılmağa davam etdi.
Malaga futbol klubunun bəzi idarəçiləri 1923-ci ildə yeni bir quruluşa gedərək Malaga CF'nin təməli olacaq "Malagueño FC" adlı klubu qurdular. Bu matçda bütün zamanların ən yaxşı qapıçılarından Ricardo Zamora iştirak edərkən, özü eyni zamanda irəliləyən illərdə Malaga'nın Birinci Liqadakı ilk baş məşqçisi olacaqdı.
1927-ci ildə Avstriya Şahzadəsi və Prensesin bir təşəkkür mənasında xüsusi oyun təşkil edildi və bu qarşılaşmanın ardından İspaniya Kralı XIII. Alfonso, Real Malaga adında yeni bir klub qurdu. 1929-ci ilə gəldikdə Milli Liqada Malaga şəhərinin iki komandası var idi. Bu sırada yaşanan iqtisadi böhran səbəbiylə Real Malaga, Segalerva'ya köçmək məcburiyyətində qaldı.1930 ildə Malagueño FC klubunun də girmiş olduğu böhran nəticəsində iki klubda turnirdə bir müddət uzaq qaldılar.
1933-ci ildə Malagueño FC və Malaga İdman Klubu birləşərək Club Deportivo Malacitano klubunu qurdular.Mavi ağlar ilk oyunlarında Deportivo Alavés'i 5-1 məğlub etdiler.Bir il sonra CD Malactiano, sahənin kiçik və qeyri-kafi olması səbəbiylə bələdiyyə müvəqqəti ərazi verdi və Estadio La Rosaleda 'nın təməli atılmış oldu. 1934-1935-ci illərdə CD Malacitano ilk dəfə Segunda Division'a yüksəlmə müvəffəqiyyəti göstərdi. İspaniya vətəndaş müharibəsi səbəbiylə axsayan futbol dövründə CD Malacitano, Segunda Division və Endülüs turnirində müvəffəqiyyətli performans sərgilədi. CD Malacitano 1941-ci ildə son dəfə adını dəyişdirərək CD Malaga adını aldı. Eyni il La Rosaleda'da ilk matçını Generalísimo kubokunda ferroviaria də Madrid komandasına qarşı etdi. İlk rəsmi oyunda isə Sevilya FK ilə oyuna çıxan CD Malaga, 8000 nəfər qarşısında reallaşan qarşılaşmada 3-2 hesabı ilə qələbə qazandı.
CD Malaga tarixinin ən parlaq illərindən biri olan 1948-ci ildə bir oyunda 9 qol vuran Pedro baza Malaga tarixinin asan qırılmayacaq bir rekorduna imza atdı. Cəmdə 301 matçda forma geyən Pedro vurduğu 266 qolla Malaga tarixinə adını qızıl hərflərlə yazdırdı. Pedro baza eyni zamanda CD Malaga klubunun İspaniya Milli Komandasına qazandırdığı ilk futbolçu olaraq qeydlərə keçdi. CD Malaga Primera División'daki ilk illərində bir dövrün əfsanə İspan qapıçısı olan Ricardo Zamora'nın baş məşqçi postuna parlaq bir mövsüm keçirdi. 1973-ci ildə klub tarixinin ən böyük müvəffəqiyyəti olaraq İspaniya Kral Kubokunda yarım final oynadı. 1992-ci ilə gəlindiyində klub yaşadığı maliyyə böhranı səbəbindən özü Segunda Division'a düşərkən, ehtiyat komandası olan Club Atlético Malagueño'da Tercero Division'a düşdü.
1994-ci ildə Federiko Beltrán'ın başçılığında klub tarixinin ilk anonim ortaqlığını reallaşdırdı. 1995-ci ilə qədər inkişaf edən yaxşılaşdırmalar nəticəsində Mavi ağlar Second Division B-yə yüksəldi. İki il sonra Fernando klub başçılığına gəldi və edilən irəliləyişlər nəticəsində 1997/1998 mövsümündə klub Fútbol Second Division'a yüksəldi. 1999-ci il CD Malaga üçün yuxularının gerçək olduğu bir sezondu. Necə ki Joaquín Peirós liderliyindəki CD Malaga tam 10 il vaxt sonra Primera División'a yüksəldi. Eyni il Braziliyalı futbolçu Catanha liqanı 25 qolla bitirərək bombardir oldu. Primera División'daki mövsümdə isə Catanha 24 qola çataraq klub tarixinin Primera División'daki ən çox qol vuran futbolçusu olmağı bacardı.
2000/01 mövsümündə Serafin rolda hissələrin çoxunu alaraq klub başçılığına gəldi. 2002-ci ilin yazında UEFA Intertoto Kubokuna qatılmağa haqq qazanan CD Malaga, sırayla Gent (Belçika), Willem II (Niderland) və Villareal CF'ı məğlub edərək 27 Avqust 2002 tarixində ilk Avropa Kubokunu qazandı. Bu klubun Avropadakı ən böyük müvəffəqiyyəti olaraq tarixə keçdi. 2002/03 sezonunda Avropada büyük performans sərgiləyən komanda, UEFA Kubokunda dörddəbir finala yüksəldi. Burada Portuqaliya klubu Boavista ilə qarşılaşan CD Malaga əlavə vaxta gedərək penaltilər seriyasıında məğlub oldu. Eynı mövsüm CD Malaga'nın ehtiyat komandası olan Malaga B Segunda Division'a yüksəldi. 2003/2004 mövsümündə olan bu vəziyyət CD Malaga'ya, ehtiyat komandası ikinci ən yaxşı olan tək komanda ünvanını qazandırdı.
2006-ci ildə 1-ci Division'da üst-üstə yeddi ilin ardından Second Divisiona düşdü.Kulun yaşadığı maliyyə böhranı təxminən iki il davam etdi. 2008 İyun ayında borc səsbi ilə yeni tərəfdaşla müqavilə imzalandı. Eyni il Second Divisionu ikinci bitirən klub yenidən Primier Divisiona yüksəldi.
2012/13 sezonunda edilən anlaşma sayəsində UNESCO forma sponsoru olmuşdur.[1]
1904
|
1933
|
1941
|
Keçid dövrü[2]
|
1963
|
1972
|
2012
|
2023
|