Malazgirdin mühasirəsi — 1054-cü ildə Malazgird şəhərinin Basileios Apokapis komandanlığındakı Bizans qüvvələri tərəfindən Sultan Toğrul komandanlığındakı səlcuqlulara qarşı uğurlu müdafiəsidir.
Malazgirdin mühasirəsi | |||
---|---|---|---|
Səlcuqlu-Bizans müharibəsi | |||
Tarix | 1054 | ||
Yeri | Malazgird, Anadolu | ||
Nəticəsi | Səlcuqlular şəhəri ələ keçirə bilmirlər. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Səlcuqlu sultanı Toğrul Malazgird şəhərini 30 gün boyunca mühasirə mexanizmaları ilə mühasirəyə aldı.[1] O dövrün tarixçiləri 30 gün boyunca mühasirəçilər tərəfindən yüngül "tısbağalardan" uğurlu müdafiənin səbəbi kimi qalanın müdafiəçilərini və mühasirə mexanizmalarını atılan alovlardan qoruyan hərəkətli sığınacaqları göstərmişdir. Basileios Apokapisin irəliləyən "tısbağalardan" qalaya atılanları yığıb, tədricən təkrar olaraq mühasirəyə alanlara qarşı istifadə etdiyi qaynaqlarda qeyd olunmuşdur.[2] Şəhər 3 qat müdafiə divarı və su qaynaqlarının bolluğuna görə səlcuqluların hücumlarına tab gətirə bildi.[1]
17 il sonra bir digər Səlcuqlu hökmdarı Alp Arslan komandanlığındakı türklər Roman Diogenə qarşı böyük zəfər əldə etdilər və şəhər 1071-də məşhur Bizans məğlubiyyətindən sonra Səlcuqluların əlinə keçdi.[3]