Malena (film, 2000)

"Malena" (it. Malèna,alm. Der Zauber Von Malèna‎) — rejissor Cüzeppe Tornatorenin filmi.

Malena
it. Malèna
alm. Der Zauber Von Malèna
Janr dram
Əsas mövzu İkinci Dünya müharibəsi, yeniyetmə[1]
Rejissor Cüzeppe Tornatore
Prodüser Harvi Veynşteyn
Əsərin müəllifi Luçiano Vinsenzoni
Ssenari müəllifi Cüzeppe Tornatore
Baş rollarda Monika Belluççi
Cüzeppe Sulfaro
Operator Layoş Koltai
Bəstəkar Ennio Morrikone
İstehsalçılar Medusa Film
Miramax Films
Distribütor UIP-Dunafilm[d], Disney+
İlk baxış tarixi 27 oktyabr 2000
Filmin növü bədii film
Müddət 109 dəqiqə
(ABŞ kəsilmiş versiyası: 92 dəqiqə)
Ölkələr İtaliya İtaliya
Almaniya Almaniya
Dil italyan
İl 2000
Rəng rəngli
Çəkiliş yeri Kataniya, Sirakuza, Mərakeş
IMDb ID0213847

Gözəl və dul qadın Malena kişilərin xəyalı və ən gözəl qadın simvoludur. Onun paxıllığını çəkən bütün qeybətçi qadınlar Malena haqqında çirkin şayiələr yaymağa başlayırlar. Kişilər isə onun hər addımını izləyir, ardınca düşür və Malena haqqında gözəl xəyallar qururlar. Lakin Malena heç kəsə bağlanmayaraq yalnız müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir.

  • Film yeniyetmənin intim münasibətlərə baş vurması ilə əlaqədar ciddi tənqidlərə məruz qalmışdır. Filmin Şimali Amerikadakı distribütoru "Fine Line Features" şirkəti ekran işinin 17 dəqiqəsindən çoxunu kəsib çıxarmışdı. ABŞ-də nümayiş zamanı film heç bir uğur qazana bilmədi. Ancaq 2005-ci ildə art-haus həvəskarları üçün filmin Şimali Amerikada DVD-ləri işıq üzü görmüşdür.
  • Filmin ABŞ üçün olan versiyasında ciddi ixtisarlar edilmişdi. Filmdən çıxarılan kadrlar, əsasən, yeniyetmə baş qəhrəmanın Malena haqqında göz önünə gətirdiyi xəyallar idi. İxtisar zamanı yeganə saxlanılan erotik kadr yeniyetmənin Malenaya oxşar fahişə ilə olan kadrları olur.
  • Kişilərin şövqlə Malenaya baxması səhnəsi Mikelancelo Antonioninin "Macəra" filmi ilə səsləşir. Həmin filmdə aktrisa Monika Vitti eyni situasiyada çəkilmişdir.
  • Ennio Morrikonenin bu filmə yazdığı musiqi "Oskar" (2001) və "Qızıl qlobus" (2000) mükafatlarına namizəd olmuşdur.

Filmin musiqiləri

[redaktə | mənbəni redaktə et]
  • Inchini Ipocriti E Disperazione
  • Malèna
  • Passeggiata In Paese
  • Visioni
  • Nella Casa
  • Malèna (End Titles)
  • Linciaggio
  • Orgia
  • Il Ritorno
  • Bisbigli Della Gente
  • Ma L'Amore No
  • Casino Bolero
  • Altro Casino
  • Visioni (Fantasie D'Amore)
  • Cinema D'Altri Tempi
  • Ipocrisie
  • Pensieri Di Sesso
  • Momenti Difficili
  • "Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: "Hə, əlbəttə, mən sizi xatırlayacağam" – deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç vaxt soruşmamışdı. Onun adı Malena idi".

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Luçiano Vinsenzoni
Ssenari müəllifi: Cüzeppe Tornatore
Rejissor: Cüzeppe Tornatore
Operator: Layoş Koltai
Bəstəkar: Ennio Morrikone
Prodüser: Harvi Veynşteyn
Monika Belluççi – Malena Skordiya
Cüzeppe Sulfaro – Renato Amorozo
Luçiano Federiko – Renatonun atası
Matilda Piana – Renatonun anası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://web.archive.org/web/20201106112726/https://europeanfilmawards.eu/en_EN/film/malena.13234.