Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Maliyyə nəzarəti |
---|
Nəzarət |
Maliyyə nəzarətinin növləri |
Maliyyə nəzarətinin metodları |
Maliyyə nəzarətinin istiqamətləri |
Sənaye üzrə maliyyə nəzarəti |
Təftiş və cinayət prosesi |
Mühasibat uçotu |
Maliyyə nəzarəti — təsərrüfat subyektlərinin və rəhbərliyin fəaliyyətinin maliyyə və əlaqəli məsələlərini onun təşkilinin konkret forma və üsullarından istifadə etməklə yoxlamaq üçün tədbirlər və əməliyyatlar məcmusudur.
Maliyyə nəzarəti təsərrüfat subyektlərinin fəaliyyətində maliyyə və onunla əlaqədar olan məsələlərin işlənməsi, həmçinin onun təşkilinin özünəməxsus metodlarının və formalarının dəyişməsi üzrə əməliyyatların məcmusudur. Maliyyə nəzarəti iqtisadiyyatda milli məhsulun natural və dəyər göstəriciləri tarazlığındakı pozuntuları, makro və mikro iqtisadi tənzimləmə prosesində bu və ya digər uyğunsuzluqları aşkara çıxarmaq üçün alət kimi istifadə olunur. Maliyyə nəzarəti sferasına pulun istifadə olunması ilə həyata keçirilən bütün əməliyyatlar daxildir. Bu zaman ilk növbədə maliyyə ehtiyatlarının formalaşdırılması, həmçinin. fəaliyyətin bütün növləri üzrə pul vəsaitləri fondlarının qarşılıqlı əlaqələri qeyd edilməlidir
Konkret olaraq maliyyə nəzarətinə aşağıdakı istiqamətlər daxildir:
Sadalanan istiqamətləri baxımından maliyyə nəzarəti aşağıdakıların düzgünlüyünü əhatə edir:
D. Q. Çernik maliyyə nəzarətinin mahiyyətini bu qaydada açıqlayır: "Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyasının həyata keçirilməsinin forması kimi çıxış edir. Onun məzmunu və təyinatı təsərrüfat subyektlərinin, sahə (idarə) və ərazi idarəetmə subyektlərinin maliyyə fəaliyyətinin yoxlanılmasından ibarət olur. Maliyyə nəzarəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:
Beləliklə, demək olar ki, maliyyə nəzarəti – xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanması məcmusundan ibarətdir
Məlumdur ki, maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı şəksizdir. Maliyyənin bölgü funksiyası ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir.
Əgər maliyyənin mühüm funksiyası kimi bölgü funksiyasını qəbul ediriksə, deməli bu vaxt nəzarət də olmalıdır. Hara? Nə üçün?Nə qədər? Çünki bölgü kortəbii yaxud özbaşına aparılmır. Maliyyənin nəzarət funksiyası milli iqtisadiyyatda maliyyə nəzarətinin həyata keçirilməsinin elmi və nəzəri əsaslarını təşkil edir. Nəzarət funksiyası bölgü və yenidən bölgü münasibətlərini, pul fondlarının yaradılması və istifadəsini əhatə edir. Maliyyənin nəzarət funksiyasının təcrübədə reallaşması forması maliyyə nəzarəti hesab edilir. O, maliyyə nəzarətinin məzmununu və təyinatını müəyyən edir. Nəzarətin məzmunu, istiqaməti məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və cəmiyyətin istehsal münasibətlərindən asılı olaraq dəyişir Aşağıda təqdim olunan təriflər maliyyə nəzarətinin məzmununa münasibətdəki fərqləri əks etdirir.
İ. A. Belobjetskinin fikrincə: "Maliyyə-təsərrüfat nəzarəti altında nəzarət funksiyaları verilmiş dövlət orqanlarının və ictimai orqanların müəssisə, birlik, idarə, təşkilat və maddi-istehsal və qeyri-istehsal sahələri bölmələrinin maliyyə-təsərrüfat fəaliyyətinə, həmin fəaliyyətin iqtisadi səmərəliliyini obyektiv qiymətləndirmək, təsərrüfat və maliyyə əməliyyatlarının qanuniliyini, mötəbərliliyini və məqsədəmüvafiqliyini, mülkiyyətin qorunub saxlanılmasını təyin etmək, istehsalın səmərəliliyini yüksəltməyin və dövlət büdcəsi gəlirlərinin artırılmasının təsərrüfatdaxili ehtiyatlarını aşkara çıxarmaq məqsədilə nəzarət sistemi kimi başa düşülməlidir"
U. Y. Danilevski maliyyə nəzarətinin tərifini belə ifadə etmişdir: "İqtisadiyyatın, istehsalın idarə olunmasının ümumi mexanizminin mühüm funksiyalarından biri və ayrılmaz tərkib hissəsi olmaq etibarilə, maliyyə nəzarəti maliyyə, kredit və istehsal göstəricilərini əhatə edir. Nəzarət sferasına istehsal, bölgü, pul, mal-material dəyərlilərinin pul ifadəsində dövriyyəsi və istehlakı daxil edilir" Deməli, maliyyə nəzarəti təsərrüfatçlıq mexanizminin zəruri ünsürü olmaq etibarilə dəyər xarakterinə malikdir. Maliyyə nəzarəti nəzarətin digər növlərindən fərqli olaraq, ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir.
Bölgü prosesi mərhələsində maliyyə nəzarətinin vəzifəsi ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək üçün istifadə olunmasını yoxlamaqdan ibarətdir. Bu zaman yoxlanılır
Maliyyə nəzarəti bölgü mərhələsindəaşağıdakılara nəzarət edir
İctimai məhsul mübadiləsi mərhələsində maliyyə nəzarəti aşağıdakıları əhatə edir:
Təkrar istehsal prosesinin sonuncu mərhələsində — istehlak mərhələsində maliyyə nəzarəti əsasən istehsal istehlakı, yəni istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları yoxlayır. Şəxsi istehlakda maliyyə nəzarəti cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqları, habelə şəxsi tələbatların ödənilməsi prosesində normativ-hüquqi aktların pozulmasından irəli gələn ziddiyyətləri aşkara çıxarır.
Maliyyə nəzarətinin predmeti sözün geniş mənasında, həmtəkrar istehsalın bütün mərhələlərini və idarəetmənin səviyyələrini və həm də sözün qısa mənasında, yəni dövlət büdcəsini əks etdirir. Birinci halda maliyyə nəzarətinin predmeti cəmiyyətdə istehsal münasibətlərini əks etdirən iqtisadi subyektlərin istehsal, bölgü və məhsul mübadiləsi prosesində əmələ gələn maliyyəsidir. İkinci halda maliyyə nəzarətinin predmeti dövlət büdcəsinin həm onun formalaşması mərhələsində, həm də onun bölüşdürülməsi və istifadəsi mərhələlərində konsalidasiya olunmuş vəsaitləridir.
Maliyyə nəzarətinin obyekti təsərrüfat subyektlərinin maliyyə resurslarının yaradılması və istifadəsi zamanı yaranan pul münasibətləri və yenidən bölgü prosesidir. Maliyyə yoxlamasında dəyər göstəriciləri yoxlanılır. Maliyyə nəzarətinin obyektinin müəyyən edilməsi mübahisəli məsələlərdən biridir. S. P. Opyonişev və V. A. Jukov qeyd edirlər ki, dövlət maliyyə nəzarətinin mahiyəti və yeri haqqında danışarkən onun həyata keçirilməsində müəssisə, təşkilat, bank, səhmdar cəmiyyətləri və s. yəni sahibkarlıq edən subyektlərin rolunun araşdırılmasına ehtiyac duyulur. Və bu səviyyədə dövlət maliyyə nəzarəti maliyyə-təsərrüfat nəzarətini də həyata keçirir, yəni o, təkcə sırf maliyyə deyil, hətta bəzi hallarda vergi hesablanmasının düzgünlüyünü, istehsalatın səmərəliliyini və büdcə vəsaitlərinin istifadə səmərəliliyini müəyyən etmək üçün təsərrüfat fəaliyyətini də əhatə edir.
Bununla bağlı maliyyə nəzarətinin obyekti təsərrüfat prosesləri kompleksi, maddi-istehsal və qeyri istehsal sahələrinin pul münasibətləri olur. Maliyyə nəzarətinin, qeyd olunan anlamda həyata keçirilməsinin iki aspekti ön plana çəkilir
Başqa sözlə desək, maliyyə nəzarətinin obyekti büdcə vəsaitlərinin tam səfərbər edilməsi ilə əlaqədar ərazi, sosial və sahə baxımından, milli gəlirin bir hissəsinin yenidən bölüşdürülməsi və dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədilə onun səmərəli istifadə olunması üçün, hüquqi və fiziki şəxslər arasında yaranan pul münasibətləridir S. V. Stepaşin "Dövlət maliyyə nəzarəti" əsərində maliyyə nəzarətinin obyekti kimi milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir.
Maliyyə nəzarətinin obyekti həyata keçirilməsi pulla qiymətləndirilən nəzarət altında olan subyektiv fəaliyyətdir. Nəticə etibarilə pulla dəyərləndirilməsi mümkün olmayan fəaliyyət maliyyə nəzarəti obyekti ola bilməz. Lakin digər sahələrin nəzarət obyekti ola bilər, o cümlədən, sanitar, texnoloji və s. Bəzi mütəxəssislər obyektlərin daha da detallaşdırılmış siyahisini təqdim edirlər. Məsələn, A. V. Nesterovun fikrincə yoxlama obyektinə aşağıdakılar aid ola bilər:
Məsələn gömrük nəzarəti bu obyektlərin yoxlanmasını nəzərdə tutur: gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatlar; şəxsi yoxlama və sorğu keçirilmə subyektlər yoxlaması, qeydə alınası əmtəə və nəqliyyat vasitələri; yoxlama, qeydiyyata alma və hesabat sistemləri; gömrük tərəfindən yoxlanılması nəzərdə tutur: gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatlar; şəxsi yoxlama və sorğu keçirilməsi subyektlər; yoxlanılası, qeydə alınası əmtəə və nəqliyyat vasiltələri; yoxlama, qeydiyyata alma və hesabat sistemləri; gömrük tərəfindən yoxlanılası əmtəə və nəqliyyat vasitələri yerləşə bilən ərazi, otaqlar və digər yerlər, yaxud da ki baxış keçirmə yolu ilə, yaxud Rusiyanın qanunvericiliyində nəzərdə tutulan digər fəaliyyət fəaliyyət formaları, həyata keçirilə bilər. Nəticədə qeyd etmək olar ki, maliyyə nəzarətinin obyekti maliyyə ehtiyatları formalaşarkən və onlardan istifadə edilərkən meydana gələn pul-bölgü prosesləridir.
Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
S. P. Openışev və V. A. Jukov ümumdövlət maliyyə nəzarətinin aşağıdakı elementlərini təklif edir:
Ümumilikdə , maliyyə nəzarət sisteminin elementləri aşağıdakılardır
Bu sistemdə daha mürəkkəb element nəzarət mexanizmidir. Nəzarət mexznizmi nəzarət funksiyasını yerinə yetirməyə imkan verən fəaliyyətdən ibarətdir. Buraya :
Nəzarət mexanizminin elementlərinin çoxu (nəzarət prosesinin həyata keçirilməsindən başqa) idarəedən subyektin səlahiyyətinə daxildir. Deməli, maliyyə nəzarətinin əsas elementləri dedikdə planlaşdırma və proqnozlaşdırma və nəzarətin özü də başa düşülür. Bu elementlər idarəetmənin əsas funksiyasıdır. Onların köməkliyi ilə xüsusi mülkiyyətin formalaşmasında və milli iqtisadiyyatın inkişafında proporsiyaları müəyyənləşdirir, iqtisadi inkişafın istiqamətlərini proqnozlaşdırır və onların səmərəliliyini artırır. Planlaşdırmanı, ilkin planlaşdırmaya, yoxlama aparılacaq təsərrüfat subyekti haqqında məlumatların toplanmasına, biznes və təsərrüfat daxili riskə qiymət verməklə hüquqi öhdəlikləri müəyyən etmək, ümumi nəzarət planının və nəzarət proqramının hazırlanması və s.