Mallampati təsnifatı, Mallampati sınağı birbaşa ağız boşluğunu obyektiv müayinə edərkən görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyən etmək üçün tərtib edilmiş təsnifatdır[1]. Təsnifat 1985 ci ildə Seşakir Mallampati tərəfindən tərtib edildiyindən onun adını daşıyır.
Müayinə oturaq və ya ayaqüstü vəziyyətdə, normal baş duruşu, ağızın tam açılmış, dilin çıxarılmış halında aparılır.
- I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür.
- II: yalnız damaq qövsü və damaq qövsləri görünür, amma dilçək dil kökünün arxasında gizlənmiş olur.
- III: yalnız yumşaq damaq görünür.
İlkin təsnfat Samsun və Yanq tərəfindən bir qədə təkmilləşdirilərək indiki istifadə olunan formanı almışdır.
- I: tam şəkildə yumşaq və sərt damaq, dilçək və damaq qövsləri görünür.
- II: yalnız damaq qövsü və qismən dilçək görünür (dilçək ucu görünmür).
- III: yalnız sərt və qismən yumşaq damaq görünür.
- IV: yalnız sərt damaq görünür.
- ↑ Mallampati SR et al: A clinical sign to predict difficult tracheal intubation: a prospective study. Can Anaesth Soc J. 1985 Jul;32(4):429-34. PMID 4027773
- ↑ Mallampati, SR; Gatt, SP; Gugino, LD; Desai, SP; Waraksa, B; Freiberger, D; Liu, PL (Jul 1985). "A clinical sign to predict difficult tracheal intubation: a prospective study.". Canadian Anaesthetists' Society journal 32 (4): 429–34. doi:10.1007/BF03011357. PMID 4027773.
- ↑ Samsoon GL, Young JR: Difficult tracheal intubation: A retrospective study. Anaesthesia 1987; 42: 487-490 PMID 3592174