Maloti-Drakensberq parkı — 11 İyun 2001-ci ildə Lesoto krallığındakı Sehlabatebe Milli Parkı və Cənubi Afrikanın Kvazulu-Natal vilayətindəki uXahlamba Drakensberq parkının birləşdirilməsi ilə quruldu. Ən yüksək zirvəsi 3.482 metrə çatan Thaba Ntlenyanadır.
Maloti-Drakensberq parkı | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 2013 |
Yerləşməsi | |
29°31′ c. e. 29°24′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | Kvazulu-Natal vilayəti (CAR) |
|
|
|
|
Rəsmi adı | Maloti-Drakensberg Park |
Tipi | Mədəni və Təbii |
Kriteriya | (i), (iii), (vii), (x) |
Tarixi | 2000 (24-cü sessiya) |
Hissəsi |
|
İstinad nöm. | 985bis |
Ölkə | Lesoto vƏ CAR |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Park bölgənin ən yüksək sahələrini təşkil edən və unikal montan və sub-alp ekosistemlərini dəstəkləyən Əjdaha (Drakensberq) dağlarında yerləşir. Bu ekosistem dünya miqyasında əhəmiyyətli bir bitki və heyvan bioloji müxtəlifliyi, bənzərsiz yaşayış və yüksək səviyyədə endemizmə sahibdir. Park eyni zamanda yüzlərlə abidə və Buşmen xalqının boyadığı minlərlə rəsmə sahib dünyanın ən böyük qaya sənəti qalereyasıdır.
İkitərəfli mühafizə zonası Sülh parkı olaraq, Lesotoda 5 170 km² (64%), Kvazulu-Natalda isə 2 943 km² (36%) olmaqla təxminən 8 113 km² ərazi üzərində qurulmuşdur.