Əjdaha dağları

Əjdaha dağları (ing. Dragon's mountain, afrik. Drakensberg, zulu uKhahlamba, soto Maluti или Maloti) — CAR, Esvatinidə, Lesotoda yerləşən dağ sistemi. Ən hündür zirvəsi 3482 m. olan Tabana Ntlenyana sayılır və Lesoto ərazisində yerləşir. Dağ əlçatmaz olduğu üçün, burı milləti ona "Əjdaha" (afrik. Drakensberge) adını vermişdi.

Əjdaha dağları
ing. Dragon's mountain, afrik. Drakensberg, zulu uKhahlamba, soto Maluti və ya Maloti
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3482 m
Hündür zirvəsi Tabana-Ntlenyana
Yerləşməsi
27°26′ c. e. 29°55′ ş. u.HGYO
Ölkələr
Əjdaha dağları xəritədə
Əjdaha dağları
Əjdaha dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağın şərq, külək tutmayan, qərb və külək döyən yamaclarının iqlimi və orada bitdiyi bitkiləri ilə biri birindən kəskin fərqlənir. Şərq yamaclarda bol yağışlar yağır (əsasən yayda, ildə 2000 m. qədər), elə buna görədə bura tropik "yağışlı" meşələrlə örtülürüb. Qərb tərəfdə isə quruluq müşahidə edilir və kəskin kontinental iqlimi dövran edir,və şərq yamacdan fərqli olaraq burada savannalar və kolluq cəngəlliyi çoxluq təşkil edir. Qışda zirvələrə qar yağır

Faydalı qazıntıları: platin, manqan, qızıl, daş kömür, qalay və s.

Dağın çox hissəsi burada yerləşən və UNESCO Ümumdünya İrsi siyahısına salınan Drakensberq parkına daxildir.[1][2]

Əjdaha dağlarında təqribən 50 növ məməli (bəbir, çaqqal, karakal, susamuru, manqust və s.) və dırnaqlı heyvanlar məskunlaşmışdır; 300-dən çox quş növü var. Rəngarəng faunanın, Cənub Afrikanın nadir və endemik bitki növlərinin qorunması üçün UXahlamba Drakensberq (CAR, Ümumdünya irsi siyahısına daxil edilmişdir), Sexlabatebe (Lesoto) milli parkları yaradılmışdır. Royal-Natal (CAR) milli parkı hüdudlarında, Tuqela çayının yuxarı axınında dünyanın ən hündür şəlalələrindən biri yerləşir.

  1. "Drakensberg parkı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  2. "UNESCO". 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.