Malpelo adası

Malpelo adası (isp. Malpelo) — Sakit okeanın şərq hissəində, Cənubi Amerika sahilində yerləşən Buenaventura körfəzindən 500 km aralıda yerləşən ada. İnzibati cəhətdən Kolumbiyanın Valye Del Kauka departamentiinə daxildir. Sahəsi 0,35 km²-dir.

Malpelo adası
isp. Malpelo
Ümumi məlumatlar
Sahəsi 0,35 km²
Uzunluğu
  • 1,643 km
Eni 0,727 km
Hündür nöqtəsi 376 m
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
4°00′04″ şm. e. 81°36′29″ q. u.HGYO
Ölkə  Kolumbiya
Akvatoriya
Malpelo adası xəritədə
Malpelo adası
Malpelo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Adanın xəritəsi

12 iyul 2006-cı ildə Malpelo adası ətrafında yerləşən 857 150 ha ərazi ilə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxildir. Sakit okeanın şərqində balıqçılıq üçün qadağan olunmuş geniş bir tropik ərazidir.

YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 1216
ing.rus.fr.
Sula granti

Ada öz növbəsində bir iri qaya parçasıdır. Maksimal hündürlüyü 376 metrdir (Mona dağı isp. Cerro de la Mona). Adanın hündürlüyü 1850 m, eni 600 metrdir. Kiçik qayalıqlarla əhatələnmişdir. Qorunma ərazisi 9,656 km radiusunda ərazini əhatə edir.

Ətraf sularında Carcharhínus falcifórmis, Chlamydoselachus anguineus, Balina köpəkbalığıSphyrnidae kimi canlıları görmək mümkündür. Bu isə adanı dayuvinq həvəskarlarını özünə cəlb edir.

Əsasən vulkanik suxurlardan ibarətdir. Bitki örtüyü yosunlar, şibyə və mamırlardan ibarətdir. Burada kol bitkiləridə nadir deyil.

Adada yaşayış yoxdur. Burada 1986-cı ildən Kolumbiyaya məxsus hərbi post vardır. Adaya getmək üçün Ekologiya Nazirliyindən yazılı məktub almaq lazım gəlir.