Malta qəsrlərinin siyahısı

Adı Şəkil Yer Tarix Ətraflı məlumat
Dəniz qəsri (lat. Castrum Maris) Birqu XIII əsr Latınca "Castrum Maris" adlandırılan Dəniz qəsri təxminən XII və ya XIII əsrdə inşa edilib. Bu qəsrin ərazisində daha əvvəl də yaşayış olub. Dəniz qəsri Maltanın siciliyalı hakimləri tərəfindən təyin edilən kastelyan tərəfindən idarə edilirdi. Qəsr Hospitalyer ordeninin cəngavərləri tərəfindən 1530-cu illər və 1690-cu illər aralığında tədricən yenidən bərpa edilmişdir. Qəsr bərpadan sonra Müqəddəs Mələk qəsri kimi tanınmışdır. Orta əsrlər dövrünə aid bu qəsrin bəzi qalıqları hələ də qəsrin daxilində qorunub saxlanılır.[1]
Böyük qəsr (lat. Gran Castello) Viktoriya, Qozo XIII əsr Qozo qəsri orta əsrlər dövründə qədim akropolun yerində inşa edilib. Qəsrlə bağlı mənbələrdə ilkin məlumat 1241-ci ilə aiddir və əsrlər boyu qəsr tədricən qalaya çevrilmişdir. 1599 və 1622-ci illər arası Hospitalyer ordeninin cəngavərləri tərəfindən qismən yenidən inşa edilmişdir.[2] Qalanın şimal divarları Araqon idarəçiliyi dövründən qalma orta əsr konfiqurasiyasını qoruyub saxlamışdır.[3]
Çitati qəsri (lat. Castellu di la Chitati) Mdina XIII əsr Bu qəsr Mdina istehkamlarının bir hissəsi idi. Şvablar tərəfindən tikilməsi ehtimal edilən qəsr orta əsrlər dövründə keçmiş Bizans qəsrinin yerində bina edilib. Qəsr 1453-cü ildən sonra kralın icazəsi ilə qismən dağıdılmışdır, lakin qəsrin divarları şəhər divarlarının ayrılmaz hissəsi kimi formalaşdıqdan sonra çöl divarları qorunub saxlanılmışdır. L'İl-Adam şəhərindən olan Böyük Usta Filip Villiers 1530-cu illərdə qəsrin ərazisində saray tikdirmişdir. Saray və qəsrin çöl divarları 1720-ci illərdə Antonio Manoel de Vilhenanın magistratlığı dövründə dağıdılmış və qəsrin ərazisində Vilhena Sarayı bina edilmişdir.[4]
  1. "Fort St. Angelo". Heritage Malta. 16 February 2018 tarixində arxivləşdirilib.
  2. "Environmental Planning Statement for the Creation of Stabilised Slopes and Car Parking at Rabat, Gozo – Responses to MEPA and other stakeholders' comments" (PDF). Malta Environment and Planning Authority. Fgura. August 2012. 37–46. 29 March 2015 tarixində arxivləşdirilib (PDF).
  3. "Medieval enceinte – Cittadella" (PDF). National Inventory of the Cultural Property of the Maltese Islands. 28 June 2013. 19 August 2018 tarixində arxivləşdirilib (PDF).
  4. Spiteri, Stephen C. "The 'Castellu di la Chitati' the medieval castle of the walled town of Mdina" (PDF). Arx – Online Journal of Military Architecture and Fortification (1–4). 2004–2007: 3–11. 15 November 2015 tarixində arxivləşdirilib (PDF).