Vartburq qəsri (alm. Wartburg) — Türingiyada yerləşən qəsr, Türingen Meşəsinin şimal-şərq hissəsindəki Eyzenax qəsəbəsi yaxınlığında bir dağda, dəniz səviyyəsindən 441 m yüksəklikdə, Almaniyanın mədəni və tarixi irsinin bir abidəsi. 4 may 1521 — 6 mart 1522-ci illər arasında kilsə islahatçısı Martin Lüter qəsrdə təqiblərdən gizlənirdi. Burada Lüter İncili olaraq bilinən mətn yaradaraq Alman dilinə tərcümə etdi. 1999-cu ildə qala YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilmişdir.
Vartburq qəsri | |
---|---|
alm. Wartburg | |
50°57′58″ şm. e. 10°18′23″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Eyzenax |
Yerləşir | Eyzenax[1] |
Tikilmə tarixi | 1067 |
Üslubu | roman memarlığı |
Rəsmi sayt | wartburg.de/de/ |
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 897 ing. • rus. • fr. |
Vartburq qəsri Lüdoviqlərin ailəsinə aid idi. Maints Baş yepiskopu tərəfindən himayə edildi.
Qaçan Lüdviq və ya Lüdviq Skakun (1042/1065 - 1123) kimi tanınan Saqqallı Lüdviqin oğlu (ya da nəvəsi), 1067-1073-cü illərdə ata yuvası olaraq dağdakı Vartburq qəsrini inşa etmişdir[2]. Qala ilk dəfə qarnizonunun Kral IV Henri hərbi dəstəsinə hücumu ilə əlaqədar olaraq 1080-ci ildə bəhs edilmişdir. 1113-cü ildə Lüdviq Qaçan, qarşı üsyanda müvəffəqiyyətsiz iştirak etdi.
Maints Baş yepiskopu Lüdoviqin tərəfdarları sürətlə güc və tanınma əldə etdilər. 1131-ci ildə, Qaçan Lüdviqin oğlu I Lüdviq Kral III Lotardən (Müqəddəs Roma İmperatoru) Landgrave titulunu aldı və buna görə hersoqlarla bərabərləşdirildi. O dövrdə qala taxtadan idi və təəssüf ki, bu görünüşdən heç nə qalmamışdır.