Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qızıləhməd alması (lat. Malus niedzwetzkyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Qızıləhməd alması | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qızıləhməd alması |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Vətəni müəyyən edilməmişdir. Orta Asiyada yayılma ehtimalı var.
2-6 (8) m hündürlüyündə ağacdır. Çətiri çadırvarıdır. Yaşlı ağaclarda gövdə qabıqları az bükülmüş, qonurtəhər-boz rəngdə olur. Çoxillik budaqları və cavan ağacların gövdəsi qırmızımtıl-qonur rəngdədir. Budaqları tikansız olub, bir qədər yoğuntəhər, tünd qırmızı rəngdədir, illik zoğları qaradır. Yarpaqları tünd yaşıl və ya qırmızımtıldır, tərs yumurtavarı, ellipsvarı və ya uzunsov olub, ucu qaralmış, çox vaxt qaidəyə yaxın hissəsi pazşəkillidir, yarpaqlarının təpə hissəsi qısa, sivri ucludur. Çiçəkləri tünd qırmızı, nazik çiçək saplaqlarında oturmuşdur. Çiçək saplağı və kasacığı ağ keçətüklüdür. Kasayarpaqcıqları lansetvarı, sivridir. Meyvəsi bənövşəyi, tünd qırmızı rəngdə olub, əti çəhrayı, al qırmızıdır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir.
Şaxtaya, zərərvericilərə qarşı davamlıdır, rütubətsevəndir, çöl-çəmən torpaqlarında yaxşı bitir.
Lənkəran ovalığında, bağlarda, həyətyanı sahələrdə əkilib becərilir.
Xarratlıq məmulatlarının istehsalatında və oyma naxış işlərində istifadə olunur. Dekorativ və meyvə ağacı kimi əkilib yetişdirilir. Meyvələri öz ətri ilə fərqlənir.