Mamadavitoba

Mamadavitoba (gürc. მამადავითობა) — Gürcüstanda rahibliyin əsasını qoymuş David Qarecinin şərəfinə hər il qeyd edilən kilsə bayramı.

Mamadavitoba
Rəsmi adı gürc. მამადავითობა
Keçirilir İsanın yüksəlməsindən sonra birinci cümə axşamı
Növ kilsə bayramı
Ənənə Mtatsminda dağındakı Müqəddəs David kilsəsinin ziyarət edilməsi
Bağlıdır David Qareci

Bayram hər il İsanın yüksəlməsindən sonra birinci cümə axşamı qeyd edilir. Bayramla bağlı əsas tədbir Tbilisidə baş tutur. Dindarlar Mtatsminda dağında inşa edilmiş Müqəddəs David kilsəsinə yığılaraq ibadət edirlər. Dağda Müəddəs Davidin həyatı ilə əlaqələndirilən hücrə və bulaq da ziyarət edilir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]