Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 4 mart 1980[3]) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti.
Mamadi Dumbuya | |
---|---|
fr. Mamady Doumbouya | |
Qvineya Respublikasının Prezidenti | |
5 sentyabr 2021 – h.h | |
Əvvəlki | Alfa Konde |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kankan regionu, Qvineya |
Fəaliyyəti | hərbi qulluqçu |
Uşağı | 3 |
Dini | islam[2] |
Rütbəsi | Ordu generalı[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir.[4]
Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var.[5]
Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.[4]
Avropa Birliyinin insan haqlarının pozulması iddialarına görə sanksiya verməklə hədələdiyi 25 qvineyalı məmurdan biri idi.[6]
2021-ci ilin may ayında səbəbi bilinməyən ittihamlarla Konakridə Dumbuyanın həbs oluna biləcəyinə dair hökumətdən qaynaqlanan söz-söhbətlər yayılmışdı.[7]
Dumbiya 5 sentyabr 2021-ci ildə Qvineya Prezidenti Alfa Kondenin saxlanıldığı Qvineya çevrilişinin təşəbbüskarı idi. Dumbiya dövlət televiziyasında fraksiya ilə hökuməti və konstitusiyanı ləğv etdiyini elan etdi. O, həmçinin bildirdi ki, "Milli Barışıq və İnkişaf Komitəsi məsuliyyəti öz üzərinə götürməlidir", "ölkəmizdəki pis siyasi vəziyyətdən, məhkəmə sisteminin alətləşdirilməsindən, demokratik prinsiplərə hörmət edilməməsindən, dövlət idarəçiliyinin həddindən artıq siyasiləşməsi"ndən çıxış yolu tapmaq lazımdır. Ordunun hərəkətlərinə haqq qazandıran Dumbiya "xalq elitaları tərəfindən əzilirsə, xalqa azadlıq vermək ordunun səlahiyyətindədir" deyən Qana keçmiş Prezidenti Cerri Rolinqsdən sitat gətirdi.[8]
1 oktyabr 2021-ci ildə Doumbouya müvəqqəti prezident olaraq and içdi.[9]
18 sentyabr 2021-ci ildə Dumbiya QADİB-in sözçüsü vasitəsi ilə "əsgər olaraq işlərinin Qvineyada olduğunu və hesablarında dondurulacaq bir şey olmadığını" söyləyərək mümkün iqtisadi sanksiyalara əhəmiyyət vermədi. QADİB nümayəndələri xuntadan devrilmiş Prezident Kondenin Qvineyanı tərk etməsinə icazə verməsinə çağırış etdi.[10]