Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur.
Manıç-Qudila | |
---|---|
kalm. Манц (нур) | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 12,8[1] |
Eni | 10-15 km |
Uzunluğu | 150 km |
Sahəsi | 13 km² |
Həcmi | 45000000 km³ |
Su tutumu | 7 334 km² |
Dərin yeri | 0,6 m |
Orta dərinliyi | 0,6 m |
Duzluluğu | 17-29 ‰ |
Yerləşməsi | |
46°21′00″ şm. e. 42°44′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur. Bunlar da antropogen və təbii amilərdən irəli gəlir[2].
Gölün adı mürəkkəbdir. iki sözün birləşməsindən meydana gəlmişdir.
Adın birinci hissəsi türk mənşəlidir. "Duzlu" və ya "acı" mənasını verir[3]. Kalmık dilində göl Mansa adlanır[4].
Gölün adının ikinci hissəsi onun üzərindən əsən güclü küləklərlə əlaqədardır. Keçmişdə göl təəccüb doğurdu və yerli sakinlərin arasında bir qorxusu vardı. Bu barədə bir çox əfsanələr belə gəzir. Deyilənə görə göl üzərində sirli bir zümzümə eşidilir. Güclü küləklərdə yüksələn böyük dalğaların dik sahillərində əks olanması bir gurultu meydana gətirir. Bu səslər şimal sahilindəki yarğalarda küləyin əsməsi ilə birləşir.
Manıç-Qudilo gölü relikt mənşəlidir. Əvvəlki dövrlərdə Xəzər dənizini Qara dənizlə birləşdirən nəhəng bir su tutarının qalıqlarıdır. Manıç-Qudilo gölünün hövzəsinin yerləşdiyi Kumo-Manıç çökəkliyi kiçik yüksəkliklərlə xarakterizə olunur. Azov və Xəzər dənizlərinin suayrıcılarının keçdiyi mərkəzi hissədə (təxminən 20 m) maksimuma çatır. Göl hövzəsinin mənşəyi həm də Kumo-Manıç çökəkliyinin mövcudluğu səbəbindən tektonikdir. Yenə bir relyef quruluşu olaraq, Orta və Yuxarı Pliosen, yəni 2-3 milyon il əvvəl meydana gəlmişdir[5].
Göldə bir neçə ada var. Ən böyükləri (Vodnı, Ptiçi və s.) gölün şimal-qərb hissəsində yerləşir. Hal-hazırda minerallaşmanın artması və gölün səviyyəsinin aşağı düşməsi səbəbindən adaların sayının və ərazisinin artması baş verir. Göl sahilinə yaxın yerləşən bəzi adalar materiklə birləşərək yox olur.