Adi ərsindimdik

Adi ərsindimdik (lat. Platalea leucorodia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinin ərsindimdik cinsinə aid heyvan növü.

Adi ərsindimdik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi ərsindimdik
Beynəlxalq elmi adı

Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır).

Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.

Təbiətdə sayı

[redaktə | mənbəni redaktə et]

Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur.

Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur. Su hövzələrinin qurudulması yuva koloniyalarına məhvedici təsir edir.

Aprelin əvvəlində cütlərə ayrılaraq yuva qurmağa başlayırlar ki, burada hər iki valideyn iştirak edir. Yuva 4-5 gün ərzində qurulur. Yuvada yumurtaların sayı adətən 2-3, bəzən 4-5 ədəd olur. İkinci yumurta qoyulduqdan sonra hər iki valideyn növbə ilə kürt yatır (24-25 gün). Müstəqil cavan fərdlərə iyul ayında təsadüf olunur.