Manşuk Mametova

Manşuk Mametova (23 oktyabr 192215 oktyabr 1943, Nevel, Tver vilayəti;qaz. Мәншүк Жиенғалиқызы Мәметова,rus. Маншук Жиенгалиевна Маметова)—İkinci Dünya Müharibəsi illərində Kalinin Cəbhəsində 3-cü Zərbə Ordusunun 21-ci Mühafizə Atıcı Diviziyasında 100-cü Tüfəng Briqadasının pulemyotçusu idi. 1 mart 1944-cü ildə Ali Sovet tərəfindən ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qazax qadın oldu.[1][2]

Manşuk Mametova
qaz. Мәншүк Жиенғалиқызы Мәметова
Doğum tarixi 23 oktyabr 1922(1922-10-23)
Vəfat tarixi 15 oktyabr 1943(1943-10-15) (20 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

İndiki Qazaxıstanın Ural bölgəsində ayaqqabı istehsalçısı ailəsində anadan olmuş Mametova uşaqlığını Almatı şəhərində, xalası Əminə Mametovanın himayəsində keçirdi. Valideynləri onu övladı olmayan xalası və əmisinə vermişdilər. Böyük Vətən müharibəsi zamanı onun ögey əmisi həbs olundu. Həbs olunmadan əvvəl o, Mametovanı tibb işinə həvəsləndirmişdi. Orta məktəbi bitirdikdən sonra Qazax SSR Xalq Komissarları Sovetində sədr müavininin katibi olaraq işləyərkən Mametova tibb bacısı təhsili almışdır. Daha sonra Almatı tibb instituna əlavə təhsil almaq üçün daxil oldu. Almanların Sovet İttifaqına hücumundan sonra Qırmızı Orduya qoşulmağa çalışdı və rədd edildikdən sonra tibbi təhsili davam etdirdi və həmçinin silahdan necə istifadə etməyi öyrəndi.[2][3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Маметова Маншук , Герой Советского Союза (Орден Ленина и медаль "Золотая звезда")". pamyat-naroda.ru. 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-10.
  2. 1 2 Sakaida, Henry. Heroines of the Soviet Union 1941–45 (ingilis). Bloomsbury Publishing. 2012. 38–56. ISBN 9781780966922. 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  3. "Kazakh hero Manshuk Mametova". e-history.kz (ingilis). 2018-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  4. Melnikov, A. "Маметова Маншук Жиенгалеевна". www.warheroes.ru. 2002-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-10.