Manaqua (göl)

Manaqua gölü (isp. Lago de Managua) — Nikaraqua ərazisində yerləşən göl. Sahəsi 1,042 km², uzunluğu 65 km, eni isə 25 km-dır. Gölün adı "manague" (eyniadlı qəbilə adı) ilə "agua" ("su") kəlimələrinin birləşməsindən yaranmışdır. Bu adı gölə ispan konkistadorları vermişlər. Manaqua şəhəri Nikaraquanın paytaxtıdır və ölkənin cənub-qərb sahilində yerləşir.

Manaqua gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 39 m, 41 m
Eni 32 km
Uzunluğu
  • 58 km
Sahəsi
  • 1.042 km²
Həcmi 8 km³
Dərin yeri 80 m
Yerləşməsi
12°20′ şm. e. 86°25′ q. u.HGYO
Ölkə
[[Fayl:|280px|Manaqua gölü xəritədə]]
Manaqua gölü
Manaqua gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Manaqua gölünün kosmosdan görünüşü

Sel basqınları

[redaktə | mənbəni redaktə et]

Manaqua gölünün səviyyəsi leysan yağışlar yağan zaman əhəmiyyətli dərəcədə yüksəlir. Ən yüksək su səviyyəsi 1933-cü ildəki sel basqını zamanı qeyd edilmişdir[2]

1998-ci ildə baş verən Miç qasırğası zamanı beş gün içində gölün səviyyəsi 3 metr yüksəlmiş və yaxınlıqdakı yaşayış məntəqələri su altında qalmışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında daha güclü bir sel meydana gəlmişdir. O vaxtdan dəniz səviyyəsindən 42.76 metr yüksəkdən aşağıda, sel basma ehtimalı böyük olan ərazilərdə yaşayış məntəqlərinin salınması qadağan edilmişdir.[2]

Bəzi yazarlar Manaqua gölünü "Mərkəzi Amerikanın ən çirkli gölü"[2] hesab edir. 1927-ci ildən bəri şəhərin axıdılan kanalizasiya suları üzündən göl ciddi dərəcədə çirklənməyə məruz qalmışdır.[3] 2009-cu ildə Manaquada Böyük Britaniyanın "Biwater" şirkəti tərəfindən müasir tullantı suları arıtma təsisi qurulmuşdur. Şəhər tullantıları gölün suyunun 40%-ni təşkil edir.[2]

Sel basqınlarını nəzərə almasaq, göl bu gün Tipitapa çayı boyunca Nikaraqua gölünə sabit bir çıxışa sahib deyil. Bu səbəbdən suyun çirklənmə səviyyəsi azalmır. Ancaq buna baxmayaraq manaqualıların bir qismi hələ də göl sahilində yaşayır və buradan tutduqları balıqları yeyir.[2]

Manaqua gölündə təxminən 20 balıq növü var.[2]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. 1 2 3 4 5 6 Duqlas Heynes. Dibin dibindəki göl. VQR, yay, 2011
  3. Heyzel Planket. Nikaraqua: Xalq, Siyasət və Mədəniyyət Rəhbəri. Bir birinə bağlı kitablar. 1 dekabr 2001, səh. 71
  1. Duqlas Heynes. Dibin dibindəki göl. VQR, yay, 2011
  2. Heyzel Planket. Nikaraqua: Xalq, Siyasət və Mədəniyyət Rəhbəri.  Bir birinə bağlı kitablar, 1 dekabr 2001. səh. 71

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]