Nikaraqua gölü (isp. Lago de Nicaragua, Lago Cocibolca, Mar Dulce, Gran Lago, Gran Lago Dulce, və ya Lago de Granada) — Nikaraquanın ən iri gölü olaraq tektonik məşəllidir. Ərazisi 8624 km² təşkil edir. Şirinsululuğuna görə Latın Amerikası ölkələrində birinci, ümumi göllər siyahısında isə Marakaybo gölündən sonra ikincidir. Dünya siyahısında sahəsinə görə 19–20-ci yerdə gedir. Göl Tipitapa çayı ilə Manaqua gölülə birləşir.
Nikaraqua gölü | |
---|---|
isp. Lago de Nicaragua | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 45 m |
Eni | 55 km |
Uzunluğu | 177 km |
Sahəsi | 8264 km² |
Həcmi | 108 km³ |
Dərin yeri | 45 m |
Orta dərinliyi | 13 m |
Tökülən çay | Tipitapa çayı |
Axan çay | San Xuan çayı |
Yerləşməsi | |
11°37′00″ şm. e. 85°21′00″ q. u. | |
Ölkə | Nikaraqua |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nikaraqua — yeganə şirinsulu göldür ki, onun sularında Akula üzür. Bu fakt gölün Sakit okeana yaxınlığı ilə əlaqələndirilir. Alimlərin fikrincə göl vaxtı ilə körfəz olmuş və okeanla birbaşa əlaqəsi olmuşdur. Sonradan okeanla əlaqə itmiş və gölə çevrilmişdir.[1].
Dənizdə olduğu kimi burada böyük dalğalar olur. Güclü küləklər şərqdən qərbə Sakit okean istiqamətində əsir. Göl daxilində çoxlu sayda ada vardır: Ometepe, Solentiname və başqaları. Göldə dövrü təkrarlanan qasırğalar baş verir.
Göl Karib dənizi ilə gəmiçilik üçün əlverişli San Xuan çayı vasitəsi ilə əlaqə yaranır. Göl sahilində yerləşən Qranada şəhəri atlantik okeanının mühüm limanıdır. Əvvəllər göldə piratlar məskən salmışdılar.
Panama kanalı tikilənə qədər Göldən keçməklə Nikaraqua kanalının tikintisi planlaşdırılırdı. Panama kanalı tikildikdən sonra bu plan öz aktuallığını itirdi. Bununla belə Rusiya və Nikaraqua prezidentləri arasında 18 dekabr 2008-ci ildə baş verən görüşləri zamanı layihə müzakirə edilmişdir[2].
iyul 2014-cü ildə Nikaraqua kanalının marmrut xətti müəyyənləşmişdir. 22 dekabr 2014-cü ildən kanalın tikintisinə başlanılmışdır. Tikintinin əlehdarları kanalın tikintisi ilə Göl öz əhəmiyyətini itirəcək. Tikinti şirkəti isə hec bir təşvişə əsas olmadığını desələrdə, kanalın çəkilişi zamanı partlayışlardan istifadə edirlər. Bu isə ətraf mühitə böyük zərbə vurur.[3]