Manay Alibekov

Manay Alibekov (1860, Terek vilayəti və ya Yaxsay, Xasavyurd rayonu1920) — qumuq şairi.

Manay Alibekov
Doğum tarixi 1860
Doğum yeri
Vəfat tarixi 1920
Fəaliyyəti şair
Janrlar satira, pamflet

Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın peşəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yazdığı əsərləri ona böyük uğur qazandırmışdır. "Yaxsaydakı qumuq qızlarının arzuları", "Hakimlərin işləri", "Starşina", "Mollalar" və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.

Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maariflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çobanzadə onu "köy ve köylü şairi" adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir.

Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zəngin etnoqrafik materialları var.

Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap etdirmişdir.