Mancuriya cökəsi

Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.

Mancuriya cökəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiya, Çin və Koreyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir. Meyvələri şarşəkilli və ya uzunsov formalı, 8–11 mm, möhkəm, oduncaqlı, sıx tükcüklü və qabıqlıdır. Sentyabrda meyvə verir.

Çay vadilərində və dağ yamaclarında bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Respublikamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.

Balverən bitkidir; sallaq çiçək qruplarına görə nektar yağışla yuyulmur və arılar hətta yağış vaxtı onu götürür. İri yarpaqları, gümüşü – keçəli hissələrinə görə qiymətli,dekorativ bitkidir. Oduncağı müxtəlif əşyaların düzəldilməsində istifadə olunur.