Mancuriya tozağacı

Mancuriya tozağacı (lat. Betula mandshurica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.

Mancuriya tozağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimal-Şərqi Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 40-50 sm-ə çatan seyrək çətirli ağacdır. Gövdəsinin qabığı ağ, bozumtul-ağ, qara və s. rənglərdə olur. Budaqların ucunda vəzilər vardır. Yarpaqları dairəvi üçkünc, ovalşəkilli, ölçüləri 3-9 sm olub, enli pazşəkilli və ya ürəkşəkillidir. Aprel-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-sentyabr aylarında yetişir. Meyvələri qanadcıqdır, eni uzunluğundan 1,5 dəfə böyükdür.

Rütubətli torpaqlarda yaxşı bitir, xəstəliklərə dözümlüdür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.

Tək əkinlərdə, bataqlıqların qurudulmasında istifadəsi məqsədyönlüdür. Abşeronda yaşıllaşdırmada müxtəlif formaları istifadə olunur.