Mandayizm

Sabiilik (ərəb. الصابئةəs-Sabiyyət) ya da Mandayizm, İraqdaİranda dindir. Bu dinin tərəfdarlarına Sabiilər deyilir.

Mandayizm — e.ə I minilliyin ikinci yarısı-eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim. Yaradıcıları mandelar sektasıdır. Yerli əhali onları menday, müsəlmanlar adətən sabiun, sabba və ya subba (Cənubi Ərəbistandakı səba tayfa birləşməsinin və onun yaratdığı dövlətin adından) adlandırır. Mandayizm təlimi xristianlığın, iudaizmin, zərdüştlüyün və qədim Babil dini ünsürlərinin qarışığından ibarətdir. Mandayilərin Şərqi arami ləhcələrinin birində yazılmış dini kitablardan bizə ayrı-ayrı parçalar gəlib çatmışdır. Mandeizmin əsas abidəsi "Adəmin kitabı"- 6-cı əsrin ortaları- 900-cü illər arasında yazılmışdır. Mandeizmə görə mandayilərin adi həyat anlayışını təcəssüm etdirən nurlu qüvvə Manda de Xayyanın (həyat kəlamı) adından alınmışdır. Mandayizm Nur səltənətinin Zülmətə qarşı qoyulmasını ön plana çəkir. Mandelər hesab edirlər ki, bir cüt insandan başqa bəşər nəsli üç dəfə məhv edilmişdir. Onlara görə dünya yeddi dövrə bölünməklə 480000 il mövcud olacaqdır. Mandayilər Bibliya peyğəmbərləri İsanı, İbrahimi və Musanı yalançı peyğəmbər sayırlar. Onlar israr edirlər ki, həqiqi peyğəmbər xeyli adamı xaç suyuna çəkmiş Zəkəriyyənin oğlu Yəhyadır. I əsrdən sonra Mande icmalarının çoxu dağılmış, bir qismi manilərə qoşulmuşdu. Az bir hissəsi (sayları bir neçə mindir) hazırda İraqın cənubunda və İranın Xuzistan əyalətində yaşayır.