Mandenova qızılgülü (lat. Rosa mandenovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Mandenova qızılgülü | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Mandenova qızılgülü |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Böyük Qafqazda rast gəlinir.
Hündürlüyü 110-130 sm olan, düz dayanan, alçaqboylu koldur. Gövdəsinin qabığı yaşılımtıl-qonurdur. Tikanları möhkəm, düz, çiçəkli budaqlarda yuxarıya istiqamətlənmiş, bünövrəsi ellipsvaridir. Yarpaqların uzunluğu 6-8 sm-dir, yarpağın oxu çılpaq və hamardır, seyrək vəzicikli və tikancıqlıdır. Yalançı zoğları yaxşı inkişaf etmiş, yarpaqvari enəlmiş, uzunluğu 2-2,5 sm, eni 1 sm, qulaqcıqları iti, yuxarıya istiqamətlənmiş, hər tərəfdən çılpaq və hamar, vəziciklidir. Xırda yarpaqları 5-7 ədəd, yumurtavari –ellipsvari formadadır, bünövrəsi pazşəkilli daralmış, bir-birindən aralı yerləşmiş, xırda, uzunluğu 1,5-2 sm, eni 0,7-0,8 sm, üstü çılpaq və hamardır, alt tərəfi ancaq əsas damarcıqda zəif tükcüklü və seyrək, iri vəziciklidir, kənarları sadə dişli, dişcikləri iti, vəzicikləri yoxdur. İyun-iyul aylarında çiçəkləyir Çiçəkləri 2-3 ədəd, çiçək altlıqları yaxşı inkişaf etmiş qalxanvari çiçək qruplarında yerləşir. Çiçək saplağının uzunluğu 1,5-2 sm, çılpaq, seyrək vəzicikli; kasayarpaqları 2-2,5 sm, çılpaq, ensiz lansetvari, iki cüt sapvari çıxıntılıdır, ucu yarpaqvari enəlmiş, içərisi keçəvari tükcüklüdür, ancaq kürəyində çoxlu vəziciklər yerləşir, çiçəklədikdən sonra yuxarıya doğru istiqamətlənmişdir. Diski konusvari, dişicik ağızcığın başı tükcüklü, iridir, hündür sütuncuqda yerləşir. Hipantilərin forması şarşəkillidən yumurtavariyədək dəyişir, vəzicikli-qılçıqlıdır. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri narıncı-qırmızıdır.
Meşənin yuxarı sərhədində, dəniz səviyyəsindən 2300 m hündürlükdə bitir.
Zaqatala, Şəki rayonunun Salavat, Şin kəndi ətrafında, Qax rayonunun Axçay çayı ətrafında rast gəlinir.
Meyvələrindən və çiçəklərindən yeyintidə, kosmetologiyada istifadə olunur. Yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.