Maneki-neko muzeyi

Maneki-neko Muzeyi (招き猫ミュージアム, Maneki-neko Myuciamu?)Yaponiyanın Ayçi prefekturasının Seto şəhərində yerləşən muzey. Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir.

Maneki-neko Muzeyi
Xəritə
Əsası qoyulub 2000
Açılış tarixi 16 mart 2005
Mövzu maneki-neko
Ölkə
35°13′34″ şm. e. 137°06′12″ ş. u.HGYO
luckycat.ne.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin əsası 2000-ci ildə Yaponiya Maneki-neko Klubu tərəfindən Qunma prefekturasının Tsumaqoy qəsəbəsində qoyulmuşdur. Muzey 2004-cü ilə qədər burada fəaliyyət göstərdikdən sonra 2005-ci ilin martında indiki yerinə – Ayçi prefekturasının Seto şəhərinə köçürülmüşdür.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey kolleksiyasının böyük hissəsini Hiroşi Bando və Çihiro Arakava tərəfindən toplanılmış minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir. Burada həmçinin başqa oyuncaqlar da sərgilənir, daimi və xüsusi sərgilər təşkil olunur.[1] Muzeyin birinci mərtəbəsində yerləşən "Məkan 29"-da müasir maneki-neko sənətçilərinin işləri sərgilənir.[2] Yaradıcılıq guşəsində ziyarətçilər öz maneki-nekolarını hazırlaya bilərlər.[3]

Muzey binası Qərb üslubunda olub Tayşo dövrünün memarlığını əks etdirir. Bina yerli sənətçi Yasumaro Ozava tərəfindən hazırlanmış pişik dekorasiyaları ilə bəzədilmişdir.[1] Muzeyin hədiyyə mağazasında maneki-neko mövzusunda olan hədiyyələr, fiqurlar, boşqablar, rəsmlər, fincanlar, dəsmallar, çayniklər və s. satılır.[4] Muzeyin kafesində pişik formasında olan çayniklərdən içki servis edilir.[2]

  1. 1 2 3 "招き猫ミュージアムの沿革". Muzeyin rəsmi saytı (yaponca). 14 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
  2. 1 2 "スペース29(ふく)/カフェ". Muzeyin rəsmi saytı (yaponca). 14 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
  3. "染付体験". Muzeyin rəsmi saytı (yaponca). 14 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
  4. "ミュージアムショップ". Muzeyin rəsmi saytı (yaponca). 14 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]