Manitoba gölü

ManitobaKanadanın Manitoba vilayəti ərazisində yerləşən ən böyük göllərdən biridir. Göl Vinnipenq şəhərindən 75 km şimal-qərbdə yerləşir.

Manitoba gölü
ing. Lake Manitoba
Ümumi məlumatlar
Mütləq hündürlüyü 247 m
Eni 45 km
Uzunluğu 200 km
Sahəsi 4624 km²
Həcmi 14.1 km³
Dərin yeri 20 m
Orta dərinliyi 7 m
Axan çay Dofin çayı
Yerləşməsi
52°30′ şm. e. 100°00′ q. u.HGYO
Ölkə  Kanada
Regionlar
Manitoba gölü xəritədə
Manitoba gölü
Manitoba gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
px300

Göl sahəsinə görə Manitoba vilayətinin mərkəzində yerləşən üç böyük göl arasında ən kiçiyidir. Gölün əsas mənbəyi çoxlu sayda bura tökülən xırda çaylardır. Üstəlik Vinnipeqosis gölündən Uoterhen çayı gölə tökülür. Şimal-qərb hissəsindən Dofin çayı başlayır. Çay şimal-şərqə üzərək Sent-Martin gölünə, oradan isə Vinnipeq gölünə tökülür. Göl dayazlığı ilə seçilir. Orta dərinliyi 7 netrdir. Həvəskar balıqçılıq geniş yayılmışdır[1].

Manitoba gölü qədim Aqassis gölünün qalığıdır. İlk dəfə 1738-ci ildə Per La Velandri tərəfindən kəşf edilmişdir. Gölün sonrakı adı ingiliscədən tərcümədə «Ruhların yolu» mənasını verir.

  1. "Canada Fishing Online. Manitoba Fishing". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.