Manmohan Sinqh

Manmohan Sinqh (pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह; 26 sentyabr 1932[2][3][…]) — Hindistan dövlət və siyasi xadimi, 22 may 2004-cü ildən 26 may 2014-cü ilədək Hindistanın Hindistan Milli Konqresi (HMK) partiyasından olan 15-ci Baş naziri. İnancına görə, Hindistanın ilk qeyri-hinduist baş naziri olmuşdur.

Manmohan Sinqh
pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह
22 may 2004 – 26 may 2014
ƏvvəlkiAtal Bihari Vacpai
SonrakıNarendra Modi
Şəxsi məlumatlar
Doğum tarixi (92 yaş)
Doğum yeri Pəncab, Britaniya Hindistanı
Partiya Hindistan Milli Konqresi
Fəaliyyəti iqtisadçı, siyasətçi, bankir[d], dövlət qulluqçusu
Dini siqhizm
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1982–1985-ci illərdə Hindistan Ehtiyat Bankının meneceri, 1991–1996-cı illərdə Hindistanın maliyyə naziri olub. 2005–2006-cı illərdə eyni zamanda Baş nazir olaraq Hindistanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 2008-ci ilin dekabrı və 2009-cu ilin yanvar aylarında Baş nazir vəzifəsindən ayrılmadan yenidən maliyyə naziri olmuşdur (maraqlıdır ki, 2006-cı ildə də Xarici İşlər Naziri olaraq çalışmışdır və 2009-cu ildə Maliyyə Naziri olaraq, Sinqhi Pranab Mukerci əvəz etmişdi).

İqtisadiyyat sahəsində bir sıra mükafatlar laureatı, elmlər doktoru, iqtisad üzrə elmi işlərin müəllifidir. 1993-cü ildə Euromoney jurnalı onu ilin ən yaxşı maliyyə naziri, Asiamoney jurnalı isə onu iki dəfə (1993 və 1994) bu ad ilə tanımışdır.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #119241374 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Manmohan Singh // Encyclopædia Britannica (ing.).
  3. Manmohan Singh // Brockhauz Ensiklopediyası (alm.).