Maqda Frank Fişer (tam adı: Maqda Frank, mac. Magda Frank; 20 iyul 1914[1], Kluj-Napoka – 23 iyun 2010[2], Buenos Ayres) — Macarıstan-Argentina heykəltəraşı.
Maqda Frank Fişer | |
---|---|
mac. Magda Frank Fischer | |
Doğum tarixi | 20 iyul 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 2010[2] (95 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Maqda Frank Transilvaniyada Kluj-Napoka şəhərində anadan olmuşdur. Həmin dövrdə Macarıstanın ərazisi olsa da, 1918-ci ildə şəhər Rumıniyanın tərkibinə daxil edilmişdir. Faşist təqibi səbəbi ilə Maqda Frank Macarıstanı tərk etmiş və İsveçrədə məskunlaşmışdır. İllər sonra Jülian Akademiyasında təhsil almaq üçün Parisə köçmüşdür. 1950-ci ildə Argentinanın Buenos-Ayres şəhərinə gəlib həyatda qalan yeganə ailə üzvünü - qardaşını ziyarət etmişdir. O, burada professor təyin olunmuş və Pizarro Qalereyasında əsərlərini nümayiş etdirmişdir.[3] Buenos-Ayres Premio Palanzaya qatılmışdır. Eduardo Sivori Muzeyində Benito Kinkela Martin mükafatı almış və Argentina Senatı tərəfindən təltif olunmuşdur. Onun əsərləri Paris Müasir Dövlət İncəsənət Muzeyi, Parisin Milli İncəsənət Muzeyi və Buenos-Ayresin Milli İncəsənət Muzeyinin kolleksiyalarının bir hissəsidir. Frank 1995-ci ildə Argentinada məskunlaşmış və Saavedra səmtində, Vedia 3546 ünvanında Maqda Frank ev muzeyi inşa etmişdir. 2010-cu ildə Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir.[4]