Məğniyyə (ərəb. مغنية) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir.
Məğniyyə | |
---|---|
34°50′58″ şm. e. 1°43′39″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 395 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 13001 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir.[1]
Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir.
2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.[2] İllər üzrə şəhər əhalisinin dinamikası:
1977 | 1987 | 1998 | 2008 | 2012 |
---|---|---|---|---|
39,294 | 62,137 | 95,904 | 114,634 | 129,396 |